Rəşad Sadıqov: "Albaniya millisi çox güclənib"

XƏBƏR 19 Noyabr 2008 / 13:56 4441
-  A +

Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov hesab edir ki, Albaniya millisi əvvəlki illərlə müqayisədə çox güclənib.

«Albaniyaya qarşı keçirdiyimiz üç oyunun hamısında iştirak etmişəm. Bu komanda əvvəlki illərlə müqayisədə çox güclənib. Biz albanların Portuqaliya millisi ilə oyununun videoyazısını izləmişik. Rəqibimiz 0:0 hesabı ilə başa çatan bu görüşdə çox yaxşı təsir bağışladı».

Yığmanın kapitanı bildirib ki, Albaniya ilə görüşdə qələbə qazanaraq, azarkeşlərə Lixtenşteynlə oyunu unutdurmağa çalışacaqlar.

«Lixtenşteyenlə oyunda azarkeşlərimiz bizdən qələbə gözləsə də, görüş heç-heçə başa çatdı. İnşallah, Albaniya ilə oyunda qələbə qazanmaqla azarkeşlərin borcundan çıxmağa çalışacağıq», - deyə futbolçu əlavə edib.

Sadıqov deyib ki, Albaniya ilə oyundan əvvəl Azərbaycan yığmasının düşərgəsində əhval-ruhiyyə çox yüksəkdir ("Trend").


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord