"İnter" - "Neftçi" matçının başlama vaxtı bilindi

"İnter" - "Neftçi" matçının başlama vaxtı bilindi
PREMYER LİQA 10 Mart 2010 / 11:06 2810
-  A +

“Neftçi” “İnter”lə vacib görüşün hazırlıqlarını davam etdirir.
Qol.Az-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, komanda ötən gün olduğu kimi, bu gün də İsmət Qayıbov adına stadionda məşq keçəcək. Zaur Tağızadə ilə Taavi Rahn isə hələ ki, fərdi məşqlərlə kifayətlənirlər. Qeyd edək ki, Unibank Premyer Liqasının 23-cü turunda martın 13-də “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Neftçi” oyunu saat 16:00-da başlayacaq.


Son xəbərlər