AFFA Avropa çempionatından imtina etdi

XƏBƏR 19 Noyabr 2008 / 12:30 4326
-  A +

17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan milli komandası (U-17) 2010-cu ildə İsveçrədə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinə qatılmaqdan imtina edib. Bu haqda Qadın Futbolu Federasiyasının prezidenti Asim Xudiyev məlumat verib.

Onun sözlərinə görə, yarışdan imtinaya futbolçu məhdudluğu səbəb olub: “Bizdə bu yaş qrupu üzrə yığmanın formalaşması üçün problem yarandı. Nəticədə növbəti qitə birinciliyinin seçmə mərhələsində iştirak etməmək qərarına gəldik. Buna baxmayaraq, 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə oyunlarına qatılmağı nəzərdə tutmuşuq”.

Qeyd edək ki, indiyədək Avropa çempionatının seçmə mərhələsində 2 dəfə qüvvəsini sınayan U-17-nin cəhdləri uğursuz alınıb. Şamil Heydərovun rəhbərlik etdiyi kollektiv 2007-ci ilin payızında Hollandiya (0:2) və Polşaya (0:4) məğlub olaraq, Yunanıstanı üstələmişdi (2:1). Bu il İtaliyada gerçəkləşən seçmə oyunlarda isə milli komandamız qələbəyə həsrət qalmışdı (İtaliya 1:3, Fransa 0:6, İslandiya 0:0).

Mənbə: APA-Sport

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı