"Çempionluq üçün 5-10 faiz şansımız qalıb" - Rəşad Sadiqov

"Çempionluq üçün 5-10 faiz şansımız qalıb" -    Rəşad Sadiqov
MÜSAHİBƏ 10 Aprel 2017 / 14:00 4789
-  A +

“Qəbələ”nin yarımmüdafiəçisi  Rəşad Sadiqov Topaz Premyer Liqanın 25-ci turunda “Qarabağ” la oyundan (0:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Doğrudan da çox çətin oldu. “Qarabağ”a qarşı çempionluq oyunu idi. Qələbə qazanmaq üçün əlimizdən gələni elədik. Ancaq alınmadı. Üç xal qazana bilmədiyimiz üçün təəssüflənirik.

- Artıq çempionluğun taleyi sizin əlinizdə deyil. Bundan sonra “Qarabağ”ın xal itirməsini gözləməlisiniz...

- Bundan sonra çempionluq üçün 5-10 faiz şansımız qalıb. İnanmıram ki, “Qarabağ” bundan sonra 2 oyunda xal itirsin. Çox çətin məsələdir. Amma yenə də ümidimizi itirmirik. Ümid sonda ölür.

- “Qarabağ”ın “Neftçi” və “İnter”lə çətin oyunları var...

- Düzdür. Amma bizim də asan oyunlarımız yoxdur. Çalışacağıq ki, qarşıdakı oyunlarda xal itirməyək.

-  Zəif rəqilərlə oyunda xal itirməklə  çempionluğu “Qarabağ”a demək olar ki, hədiyyə etdiniz. Sən də belə düşünürsən?

- Əlbəttə, özümüzdə də günah oldu.

- Bunun səbəbi nə idi, komanda rahatlaşmışdı?

- Yox, arxayınlıqdan söhbət gedə bilməz. Sadəcə, uşaqlarda bir az həyəcan var idi. Qələbə qazanmaq istəyirsən, irəli atılırsan və bu komandada müəyyən qədər boşluqlar yaradır. Özünüz də gördünüz ki, “Zirə” ilə oyunda dirəklər qola imkan vermədi.

- Demək olarmı bundan sonra bütün diqqətinizi “Qarabağ”la kubokun final oyununa yönəldəcəksiniz?

- Yox, o oyuna hələ çox var. Fikrimiz digər 3 oyunda qələbə qazanmaq və sonra kubok matçına hazırlaşmaqdır. Hər şeyi öz başına  buraxa bilmərik. Çempion olmasaq da, mövsümü yaxşı notlarda başa vurmaq istəyirik.

- İkincilik sizi qane edəcək?

- Əvvəldən hədəfimiz çempionluq idi. Bundan sonra heç nə etmək olmaz, qismətdir.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı