"Xaricə getmək haqda düşünürəm" - Qara Qarayev

"Xaricə getmək haqda düşünürəm" - Qara Qarayev
MÜSAHİBƏ 10 Aprel 2017 / 09:42 6267
-  A +

“Qarabağ”ın futbolçusu Qara Qarayev Topaz Premyer Liqanın 25-ci turunda "Qəbələ" ilə oyundan (0:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərinin suallarını cavablandırıb. O, ilk olaraq oyun haqqında fikirlərini bildirib.


- Gərgin oyun keçəcəyini bilirdik. “Qəbələ”  əvvəlki matçlarda olduğu kimi, bu gün (red-dünən) də yaxşı oynadı, bizə çətinlik yaratdı. Düşünürəm ki, maraqlı oyun keçdi. Şükürlər olsun ki, məğlub olmadıq. Bu oyun artıq bizim üçün başa çatdı.

- Belə bir fikir yaranmışdı ki, “Qarabağ” qələbə qazansa, çempionluğun taleyini böyük ölçüdə həll edəcək. Bu fikirlə bağlı sən necə düşünürsən?

- Əgər qalib gəlsəydik, “Qəbələ”dən 7 xal öndə olacağdıq. Hər-halda, fikirlərdə doğruluq var ki,  çempionluq yoluna böyük addım atmış olacaqdıq. Amma bu gün həmin gərginlik yenə də qaldı və çempionatın sonuna qədər davam edəcək.

- Sizi son 3 turda “İnter” və “Neftçi” ilə çətin oyunlar gözləyir...

- “İnter” və “Neftçi” bu il bizim üçün çətin komanda olub. “Sumqayıt” isə dördüncü yerə olan şanslarını saxlayır və bizə qarşı daha motivasiyalı olacaqlar. Ümid edirəm ki, bu oyunlarda xal və ya xallar itirməyəcəyik.

- Bu matçda start heyətdə matça başlamadın, meydana sonrada daxil oldun. Bu, sənin üçün gözlənilməz olmadı?

- Mövsümün sonudur və baş məşqçimizin qərarına hörmətlə yanaşıram. Qurban müəllim bizimlə danışır və çox şeyi bizdən daha yaxşı bilir. Klubda olan aparatlarla bizim nə qədər qaçdığımızı, nə qədər yorulduğumuzu təyin edə bilirlər. Düşünürəm ki, bu gediş məni qorumaq üçündür. Ola bilər ki, hansısa bir sistem dəyişikliyidir və buna normal yanaşıram.

- Qara, transfer və müqavilə məsələsi haqda yenilik varmı?

- Hələ ki, müqavilə haqda danışmamışıq. Əgər xarici variant olsa, bundan əvvəl dediyim kimi, getmək haqda düşünürəm. İnşallah, klubum da buna qərar verəcək. Çünki klubum məni yetşdirib, boya-başa çatdırıb. Müqaviləm bitsə də, klubumuzun razılığı mənim üçün əsas şərtlərdən biri olacaq.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı