Zeynal Məmmədov: “Bakı” həmişə çempionluğa oynayıb, bu dəfə də belə olacaq”

Zeynal Məmmədov: “Bakı” həmişə çempionluğa oynayıb, bu dəfə də belə olacaq”
PREMYER LİQA 23 Fevral 2010 / 11:35 3241
-  A +

“Bakı”nın baş meneceri Zeynal Məmmədov Bülənt Qorxmazın “mən heç kimə çempion olmaq sözü verməmişəm” fikrinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, klub rəsmisi “Bakı”nın yalnız titulunu qorumaq haqda düşündüyünü söyləyib: “Komandamız həmişə çempionluğa oynayıb. Bu dəfə də belə olacaq. Başqa söhbət ola bilməz. Çalışacağıq ki, titulumuzu qoruyub, saxlayaq. “İlk altılıq”da bizdən öndə olan komandalarla xal fərqi cüzidir. Buna çox sevinirik. Ona görə ki, çempionata uğursuz başlamışdıq, əsas rəqiblərlə oyunlarda “qızıl xallar” itirmişdik. Ancaq sonradan toparlanaraq, bəzi oyunlarda bunun əvəzini çıxa bildik”. 


Son xəbərlər