Mübariz Mənsimov türkiyəli ulduzlara mükafat verdi (FOTOSESSİYA)

Mübariz Mənsimov türkiyəli ulduzlara mükafat verdi (FOTOSESSİYA)
XƏBƏR 19 Fevral 2010 / 18:41 2778
-  A +

Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimovun sahibi olduğu “Pal FM” radiosunun təsis etdiyi “Musiqi mükafatı” öz sahiblərinə təqdim olunub. Türkiyə mətbuatının verdiyi məlumata görə, İstanbulun Çırağan Sarayında düzənlənən möhtəşəm mərasimə məşhur müğənnilər və bir sıra tanınmış simalar qatılıb. Tədbir iştirakçıları arasında Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay, Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov, İstanbuldakı baş konsulu Səyyad Aran, İstanbul valisi Muammər Gülər, keçmiş nazir Məhmət Ağar və başqaları olub. Müğənnilərdən isə mərasimə Orhan Gəncəbay, Ajda Pekkan, Mahsun Kırmızıgül, Hande Ataizi, Atiye, Sıla və s. qatılıb. Mükafatlara gəlincə, “Ən yaxşı albom” mükafatı Burcu Günəşə, “Ən yaxşı serial musiqsi” mükafatı “Kendin Ol Yeter” (“Deniz Yıldızı” serialı), “Ən yaxşı qadın sənətçi” mükafatı Sılaya, “Ən yaxşı single (sinql)” mükafatı Ajda Pekkana və s. verilib. Mükafatçılardan yalnız Nilufər mərasimə qatılmayıb. “Pal FM”in də daxil olduğu “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənimov isə gecə boyunca önəmli qonaqlarının yanından ayrılmayıb. Qeyd edək ki, mükafatçılar “Pal FM”in dinləyiciləri tərəfindən seçilib.

Mənbə: lent.az
















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın