"Bakı" “Muğan” önünə üç aparıcı futbolçusuz çıxacaq

PREMYER LİQA 19 Fevral 2010 / 12:18 2887
-  A +

Unibank Premyer Liqasının XXII turunda Salyanın "Muğan" klubunu qəbul edəcək son ölkə çempionu "Bakı" bu gün keçirəcəyi məşqlə oyuna hazırlıqları tamamlayacaq. Klubun mətbuat xidmətindən verilən məlumata görə, saat 12:00-da "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda bir saatlıq hazırlıq keçəcək komanda sabahkı qarşılaşmada sarı vərəqə limitini dolduran Stevan Bates, Vadim Borets və Elvin Əliyevin xidmətindən yararlana bilməyəcək. Xatırladaq ki, bu komandalar arasında Salyanda keçirilən ilk dövrənin oyununda "Bakı" klubu 1:0 hesabı ilə qalib gəlmişdi.

Mənbə: pfl.az
 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı