Azərbaycan - Albaniya: 1-1 (OYUN BAŞA ÇATDI)

XƏBƏR 19 Noyabr 2008 / 19:21 5327
-  A +

İKİNCİ HİSSƏ

Azərbaycan: Rauf Mehdiyev, Saşa Yunisoğlu, Mahir Şükürov, Aleksandr Çertoqanov, Samir Abbasov, Branimir Subaşiç, İsim Miduka, Rəşad Sadıqov, Elvin Məmmədov, Vaqif Cavadov, Zeynal Zeynalov.

Albaniya: İsli Kidi, Elvin Beqiri, Kristi Vanq Yele, Armend Balku, Ensrit Vrapi, Debasik Kuri, Ansi Aqoli, Ervin Bulko, Klodian Duro, Besat Berisa, Ervin Skela.

Hazırda hər iki ölkənin dövlət himni səslənir 

Hakim oyunun başlandığını elan edir.

Matç başladı

Komandamıza uğurlar!!!

Oyuna albanlar başlayır.

2-ci qəqiqə: Azərbaycan (Zeynal Zeynalov) cərimə zərbəsindən topu cərimə meydançasına göndərir. Amma hücumumuz nəticə vermir

4-cü dəqiqə: Subaşiç hesabı açır.

Azərbaycan hesabda irəli çıxır - 1:0

Qoldan sonra albanların baş məşqçisi 4-cü hakimə etiraz edir

Azərcaycan ikinci qolu vurmağa yaxın olur - Vaqif Cavadovun zərbəsindən sonra top qapıdan bir balaca aralı keçir.

Oyun komandamızın tam üstünlüyü ilə keçir.

Bu dəqiqəyədək albanların iki futbolçusu sarı vərəqə alıb.

12-ci dəqiqə

E.Skela hesabı bərabərləşdirir.

1:1

14-cü dəq. Alban futbolçunun uzaq məsafədən vurduğu topu Rauf Mehdiyev tuta bilir.

17-ci dəq. Albanlar cərimə meydançasına daxil olsa da, hücum nəticəsiz olur.

20-ci dəq. Komandamızın künc zərbəsi nəticəsiz qalır.

21-ci dəq. Komandamızın qapısı qarşısında təhlükəli vəziyyət yaranır. Amma hakim alban futbolçunun ofsaydda olduğunu bildirir.

26-ci dəq: Rəşad Sadıqov komandamızı hesabda irəli cıxa bilərdi. Amma onun 20 metrlik məsafədən vurduğu cərimə zərbəsini qapıçı dəf edir. 

Azərbaycan - Albaniya oyunu 7 ölkəyə canlı yayımlanır.

32-ci dəq. Komandımız üstünlüyə malikdir, amma hücumlarımız kəsərli deyil 

38-ci dəq. Subaşiç təhlükəli zərbə vurur, top qapıdan aralı keçir.

39-cu dəq. Komandamızdan Zeynal Zeynalov "sarı vərəqə" alır.

41-ci dəq. Berti Foqts gərgindir, komandamızın oyunu onu qane etmir

42-ci dəq.Aleksandr Çertoqanov zədə alır, həkimlər meydana daxil olur

OXUCULARIN NƏZƏRİNƏ!

Bu gün axşam saatlarında Qol.Az saytına xidmət göstərən internet provayder şirkətinin işində müəyyən çətinliklər yaranıb. Bu səbəbdən Qol.Az Azərbaycan - Albaniya matçının online reportajın və digər xəbərlərin yayımlaması zamanı ciddi çətinliklərlə üzləşib.

Yaranmış bu problemə görə oxuculardan üzr istyərək bildirik ki, bu gün axşam xəbərlərin yerləşdirilməsində gecikmələr yarana bilər.

OYUNUN ƏSAS VAXTINA 5 DƏQİQƏ ƏLAVƏ OLUNUR.

 Oyun başa çatdı - 1:1

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı