Denis Kalinkovun “Neftçi”yə qarşı oynamayacağı dəqiqləşdi

Denis Kalinkovun “Neftçi”yə qarşı oynamayacağı dəqiqləşdi
PREMYER LİQA 15 Fevral 2010 / 23:45 2985
-  A +

Premyer Liqanın son turu çərçivəsində “Qarabağ”la oyunda zədələnən “Xəzər Lənkəran”ın üzvü Denis Kalinkovun qarşıdakı turda “Neftçi”yə qarşı matçı buraxacağı dəqiqləşib. Qol.Az-ın məlumatına görə, bu haqda klubun rəsmi internet saytına verdiyi açıqlamada komandanın həkimi Boris Xetaqurov məlumat verib. Onun sözlərinə görə, Denis sol ayağın topuğunun bağlarını zədələyib və təxminən bir həftə müalicə olunmalıdı. Böyük ehtimalla, Kalinkov fevralın 21-də keçiriləcək “Karvan”a qarşı Premyer Liqanın XXII tur qarşılaşmasını da buraxmalı olacaq. Ardından ölkə çempionatında fasilə yaranacağından Moldova millisinin futbolçusu yenə “Xəzər Lənkəran”ın formasını ölkə kuboku uğrunda turnirin 1/4 finalında “Qarabağ”a qarşı oyunda geyinə biləcək. Daha sonra Moldova millisinin üzvü Premyer Liqanın “altılıq” mərhələsində çıxış edə biləcək.


 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"