Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Avro 2016

Video
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Erik Ramos “Neftçi”dən gedir

Yazarlar
 Gözünə su ver, ərəb şeyxi!..
Aydın BAĞIROV
 Futbolun utanc gecəsi
Aqil Abbas
 Bir dön bizim “Bakı"ya bax...
Etibar Cəbrayıloğlu

Fotoreportaj
Bütün 
"Qarabağ"a kubok və medallar təqdim edildi (ŞƏKİLLƏR)
Top 5
"Qarabağ" yenə "qızıl dubl" etdi
Ronaldodan zədəsi ilə bağlı açıqlama
“Qarabağ”dan ilk transfer
"4-5 il günahkar axtardılar, sonda Qurban günahkar oldu"
Ardadan "Barselona"dan ayrılacağı iddialarına cavab
Linklər
525ci Qəzet

"Qarabağ" fanklubunun rəhbəri: "İmarət"in səsini bütün Avropa eşidəcək”
A A A

[05.11.2009]
"Qarabağ" fanklubunun rəhbəri: "İmarət"in səsini bütün Avropa eşidəcək”

Unibank premyer-liqasında mübarizə gərginləşdikcə azarkeşlərin ölkə futboluna marağı da artır. Avropanın aparıcı klublarında olduğu kimi, bizim komandaların da fan klubları yaranır. Artıq bəzi klublarımızın bir neçə fanklubu fəaliyyət göstərir. Bu il Avropada adından söz etdirən, premyer-liqamızın liderlərindən olan Ağdamın "Qarabağ" klubunun daha bir fan klubu fəaliyyətə başlayıb. "İmarət" fanklubunun rəhbəri Şükür Cavadla söhbətimiz bu barədədi.
  
- "İmarət" hansı zərurətdən yarandı?
- Ağdamın "Qarabağ" klubu ölkənin ən köklü komandalarından sayılır. "Qarabağ"ın bütün milli çempionatlarda iştirak edən üç klubdan biri olmasının özü çox şeydən xəbər verir. Ağdam təmsilçisi azarkeşlərinin fəallığı ilə də həmişə seçilib. Komanda 1993-cü ildən qaçqın həyatı yaşamasına baxmayaraq, azarkeşlər bütün oyunlarda futbolçuları dəstəkləyirlər. "Qarabağ" Sumqayıtda, Bakıda məskunlaşdığı dövrlərdə də tərəfdar sarıdan heç vaxt problem yaşamayıb. Klub Quzanlıya köçəndən sonra Olimpiya Kompleksində keçirdiyi bütün oyunlarda tribunalar dolu olur. Bu da təsadüfi deyil. "Qarabağ" son dövrlər təkcə milli çempionatda deyil, Avroliqada göstərdiyi baxımlı oyunlara görə azarkeşlərinin sayını daha da artırıb. Biz də bir qrup gənc futbolçuların gücünə güc qatmaq, "Qarabağ"a azarkeş dəstəyini daha da gücləndirmək üçün "İmarət" fanklubu yaratmaq qərarına gəldik.
- Ad seçiminizi uğurlu adlandırmaq olar...
- Fankluba ad seçərkən çox da fikirləşməli olmadıq. "İmarət"in bütün ağdamlıların ürəyində xüsusi yeri var. "Qarabağ" oyunlarını həmişə bu stadionda keçirib, ilk böyük uğurlarını "İmarət"də qazanıb. Məhz ona görə də bu adın üzərində dayandıq. İnanırıq ki, fanklubumuzun ayağı düşərli olacaq. "Qarabağ" yenə də "İmarət"ə qayıdaraq uğurlarını sıralayacaq.
- "İmarət" Ağdam komandasının ilk fanklubu deyil. Komandanın rəsmi fanklubu ilə əlaqələriniz varmı?
- Rəsmi fanklubla normal münasibətlərimiz var. Bu da təbiidi. Çünki bir məqsəd uğrunda yaranmışıq - Ağdam futbolunun daha da inikşaf etməsinə nail olmaq, "Qarabağ"a azarkeş dəstəyi vermək və bütün oyunlarda futbolçularımızı qələbəyə səsləmək.
- Klub rəhbərliyi bu təşəbbüsünüzü necə qarşıladı?
- Klubun baş direktoru Əmrah Çəlikəllə görüşümüz olub. Ümumiyyətlə, klubun rəhbərliyində təmsil olunan insanlar səmərəli təklifləri həmişə müsbət dəyərləndirirlər. İnanıram ki, bizim layihələrə də dəstək verəcəklər.
- Belə layihələriniz varmı?
- Təbii ki, müxtəlif planlarımız, maraqlı ideyalarımız var. "Qarabağ" futbolçuları ilə fanklub üzvlərinin görüşünü təşkil etmək, klubla birgə uşaq evlərində, xüsusi internat məktəblərində xeyriyyə tədbirləri keçirmək istəyirik. Yəqin ki, zamanı gəldikcə "İmarət" bu planları həyata keçirəcək. İndi daha çox təşkilatlanma işinə önəm veririk. Paytaxtın müxtəlif ali məktəblərində təhsil alan qarabağlı tələbələri fankluba cəlb etməyə çalışırıq. İstəyirik ki, fanklubun üzvləri intellektual səviyyələrinə görə də seçilsinlər.
- Fan-klub rəhbəri kimi yox, sadə azarkeş kimi "Qarabağ"ın heyətində xüsusi bəyəndiyin futbolçu varmı?
- "Qarabağ"da elə bir mühit formalaşıb ki, bu gün hansısa oyunçunu xüsusi fərqləndirmək mümkün deyil. Baş məşqçi Qurban Qurbanov mübariz ruhlu kollektiv yaradıb. Məncə "Qarabağ"ın qazandığı son uğurların səbəbi də elə budur.
- Həftəsonu Unibank premyer-liqasında maraqlı derbi gözlənilir. "Qarabağ" Bakıda "İnter"in qonağı olacaq. Hər iki komandanın turnir cədvəlində lider olması maraqlı oyunun keçəcəyindən xəbər verir.
- Həqiqətən də "Qarabağ" çox vacib bir oyuna çıxcaq. "İmarət" fanklubu stadionda "Qarabağ"ı qələbəyə səsləyəcək. İnanıram ki, sonda Ağdam klubu qalib gələcək. Bu il "Qarabağ"ın ölkə çempionu olacağına və Çempionlar Kubokunda uğur qazanacağına əminəm. İnşallah, "İmarət" fanklubundakı azarkeşlərin səsi Avropa stadionlarından eşidiləcək.

Etibar

Mənbə: “Ədalət” qəzeti

 

3023 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google

 


 
 
ARXİV                       
 
26.05.2016  00:10 Tahir Gözəl: "Sponsor Qurban Qurbanova yaşıl işıq yandırıb"
22.05.2016  10:26 “Təyinatımı “Nefçi”nin oyununa cəmi iki saat qalmış aldım”
21.05.2016  00:01 “Bu qədər uğurlar olacağını gözləmirdim” – Rəşad Sadıqov
18.05.2016  16:39 “Əlimdən gələni edəcəm ki, “Neftçala” dağılsın” – Kamal Quliyev
17.05.2016  14:46 “Neftçi”nin transfer siyasəti iflasa uğrayıb”
16.05.2016  01:00 “İşimizi tam bitirməmişik” – Vüqar Nadirov
15.05.2016  13:31 “Fəxr edirəm ki, “Qarabağ” dünyada özünə yer tutub”
13.05.2016  16:20 “Qarabağ”da oynamağa hazıram” – Namiq Ələsgərov
12.05.2016  14:15 “Biz özümüz böyük futbolçu deyilik ki...” – Rəşad Sadıqov
06.05.2016  12:47 “Ağdamda ilk futbol klubunu biz yaratdıq”
05.05.2016  17:14 “Millidə yeni simalar olacaq” – Mahmud Qurbanov
04.05.2016  17:28 "Kəpəz" Avroliqada oynamağa layiqdir"
02.05.2016  16:00 “Qarabağ” işini hələ tam başa vurmayıb” – Ansi Aqolli
02.05.2016  01:30 “Çempionluğu şəhidlərimizə həsr edirik” – Qara Qarayev
29.04.2016  19:15 “Qarabağ” “Zirə”yə qalib gəlməyə borcludur”
28.04.2016  13:15 Rəşad Sadıqov: "Qarabağ"ın futbolçuları döyüşməyə hazırdır"
28.04.2016  12:22 “Bilmirdik, “Neftçi” 1936-da yaranıb, yoxsa 1937-də”
27.04.2016  18:44 “Biz super “Qarabağ” istəyirik” – Tahir Gözəl
26.04.2016  16:00 “Neftçi” avrokuboklara getməsə, daha yaxşı olar”
25.04.2016  17:00 “Qarabağ”la ilk oyunda mərhələnin taleyini həll etmək lazımdır”
 
 
 
  26.05.16
02:12
  "Qarabağ"a kubok və medallar təqdim edildi (ŞƏKİLLƏR)
01:55
  “Qurban Qurbanov istəmirdi fikrim başqa şeylərə getsin” – Mahir Mədətov
01:00
  "Qarabağ"ın ilk rəqibi məlum oldu
00:50
  "Yaxşı ki, penaltilər seriyasına izin vermədik"
00:27
  Finaldan sonra qalmaqal: azarkeşlər xəstəxanalıq oldular
00:10
  Tahir Gözəl: "Sponsor Qurban Qurbanova yaşıl işıq yandırıb"
00:01
  Erik Ramos “Neftçi”dən gedir
  25.05.16
23:36
  "Çempion olanda bu qədər sevinməmişdik" – Rəşad Sadıqov
23:17
  Rövnəq Abdullayev: "Nəticə oyuna görə oldu"
22:51
  Qurban Qurbanov: "Bu gün Azərbaycan futbolu uddu"
22:42
  Kubokun final oyunundan şəkillər
22:30
  "Qarabağ" yenə "qızıl dubl" etdi
22:10
  Qötze məşqlərə başladı
21:27
  Zaur Əzizov: "Roman Qriqorçukun qərarını gözləyirik"
21:02
  Millimizin üzvü zədələndi
20:30
  "Sevilya"nın futbolçusuna 4 oyunluq cəza
19:48
  "Qarabağ" - "Neftçi": heyətlər
19:19
  Ronaldo: "41 yaşına kimi futbol oynamaq istəyirəm"
18:40
  "Sumqayıt"ın bütün qolları (VİDEO)
17:55
  Benites Premyer Liqanı tərk edən klubda
17:24
  Maskerano "Barselona"nı "Yuventus"a dəyişir
16:56
  "Qarabağ" - "Neftçi" oyunu etopaz-da
16:41
  A Seriya klubunda yeni baş məşqçi
16:13
  “Qarabağ”dan ilk transfer
16:11
  "Borussiya"nın futbolçusu rəsmən "Arsenal"da
15:45
  "Qəbələ"dən yeni rekord: 11 liqada 11 medal
15:22
  "Atletiko"nun heç bir futbolçusu "Real"ın əsas heyətinə düşə bilməz"
14:51
  "Kəpəz"də yeni hücumçu
14:37
  Ötən mövsümün ən gözəl 100 qolu (VİDEO)
14:03
  Şahin Diniyev: "Kəpəz" başından yuxarı tullanmağı bacardı"
13:36
  “AFFA-dan UEFA-ya yalandan yazmışdılar ki, Tahir xəstədi, oyuna gələ bilmir”
13:19
  Ançelotti 3 futbolçunu "Bavariya"dan göndərir
12:56
  ​Cavid Hüseynov məhkəmədən bəraət istədi
12:38
  "Malaqa" baş məşqçisi ilə yollarını ayırdı
12:17
  Anelka məktəb açır
11:51
  "Ayaks"da yeni baş məşqçi
11:30
  "Bakıdakı turnir Avropada yeniyetmə futbolunun təbliği idi"
11:23
  "Hamımız bu nailiyyətlə qürur duymalıyıq"
11:17
  UEFA rəsmisindən Bakıya yüksək qiymət
10:56
  Emil Balayev "Ayntraxt"dan ayrıldı
10:40
  "Qarabağ" - "Neftçi" oyunu canlı yayımda
10:19
  Əmrah Çəlikəl: “Finalın favoriti "Qarabağ” yox, "Neftçi"dir"
10:15
  "Mançester Yunayted"dən Kerrikə yeni müqavilə
09:50
  Azarkeşlər "Qarabağ" deyir (VİDEO)
09:29
  "Qəbələ"nin futbolçusu əməliyyat olundu
01:26
  “Qayın gedişində ailə məsələləri rol oynadı”
00:30
  "Qəbələ" iki futbolçusu ilə yolları ayırdı - rəsmi
00:16
  Təbriz klubuna 3 qol bəs etmədi (VİDEO)
00:01
  "Traktor Sazi" mübarizəni dayandırdı
  24.05.16
23:00
  Fransa klubunda yeni baş məşqçi
22:15
  "Liverpul" qapıçı aldı
21:31
  Kapitan daha 1 il "Şaxtyor"da
21:08
  "4-5 il günahkar axtardılar, sonda Qurban günahkar oldu"
20:20
  "Fənərbaxça"nın futbolçusu Avropa yarışlarından qovuldu
19:33
  "Milan" kapitanı ilə müqaviləni yenilədi
BÜTÜN XƏBƏRLƏR
© 2008 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore