Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Bakı 2015

Video
Turnir cədvəli
Premyer Liqa
Köşə yazıları
ETopAz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Qarabağ" güclü rəqibdir" - "Legiya"nın baş məşqçisi

Yazarlar
 Pafos və səmimiyyət
Rüstəm ƏFSƏRLİ
 Sizin oyunu hansı kanal və niyə alsın?
Aydın BAĞIROV
 “Kitayski” çex
Etibar Cəbrayıloğlu
 Haqqı oğurlanan “Qarabağ”!
Rövşən Binnətli
 Budu bizim “Qarabağ”a sevgimiz?
Aqil Abbas
Fotoreportaj
Bütün 
"Qarabağ" - "Levski" oyunu şəkillərdə
Top 5
Kim gəlir, kim gedir? (YENİLƏNİR)
"Qarabağ" Polşa çempionuna qalib gəldi
Dünən “Qarabağ”da qollar vururdu, bu gün heç kimə lazım deyil
Cumbinyo Braziliyaya getdi
Sən kimsən?
Linklər
525ci Qəzet

Fariz Məmmədov: "Mən yeddi ildə ancaq bunu düşünürdüm"
A A A

[09.04.2012]
Fariz Məmmədov: "Mən yeddi ildə ancaq bunu düşünürdüm"

Xəbər verdiyimiz kimi, yanvar ayında yeddi illik həbs həyatından sonra azadlığa çıxan Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yenidən peşəkar idmana qayıdıb. Bugünlərdə isə Məmmədov Almaniyanın boks şirkətlərinin biriylə müqavilə imzalayıb. May ayında Farizin həmin ölkədə bir döyüşü nəzərdə tutulub.

Qol.Az saytının müxbiri döyüş ərəfəsində F.Məmmədovla görüşərək ondan müsahibə alıb.

- Həbsdən çıxan kimi yenidən peşəkar boksa qayıtmağı qərara aldınız. Halbuki yeddi il idi idmansız qalmışdın.

- Düzü, bu barədə məndən dostlarım da soruşurlar. Bu yaşda və bundan da erkən bizim bir neçə boksçumuz karyeralarını başa vurub. Mən yeddi il cəza çəkdiyim müddətdə ancaq və ancaq idmana qayıtmaq barədə fikirləşmişəm. Peşəkar boks mənim təkcə peşəm deyil, həm də həyatdakı xarakter və obrazımdır. Mən bokssuz yaşaya bilmərəm.

- Türmədə olanda məşq edirdiniz?

- Formamı saxlamağa çalışırdım. Amma əlbəttə ki, cəzaçəkmə müəssisəsindəki hazırlıq zaldakı hazırlığa çata bilməz. Fəal hazırlığa bir neçə həftə əvvəl başlamışam. Mənim məşqçilər heyətimdə əvvəlkitək Zahid Əliyev, kikboks üzrə dünya çempionu Anar Məmmədov və güləşçi Saday İsmayılov yer alıb.

- Sənin bu qədər uzun müddətli fasilədən sonra idmana qayıtmağın və Almaniya şirkətiylə müqavilə imzalamağın gözlənilməz oldu.

- Bu yaxınlarda dostum və bizim idmançımız Azad Əzizov məni Almaniyaya dəvət etdi. Azad orada həm boksla məşğul olur, həm də yaşayır. Səfər zamanı mən rinqə çıxaraq Azadla sparrinq döyüş keçirdim. Qeyd edim ki, son yeddi ildə ilk dəfəydi rinqə çıxır və əlcək geyinirdim. Bu, sırf menecerlər üçün nəzərdə tutulmuş döyüş idi. Onlar inana bilmirdilər ki, mən bu qədər müddətdə idmansız qalmışam. Döyüşümdən razı qalan alman menecerlər mənə müqavilə bağlamağı təklif etdilər. Beləliklə də, onlarla iki illik müqaviləyə imza atdım.

- May ayı üçün döyüş keçirməyiniz nəzərdə tutulur. Yeddi il idmanla məşğul olmayan birisi üçün bu, riskli deyil?

- Aydın məsələdir ki, mən 24 yaşımdakı kimi formada deyiləm. Belə deyək, hər şeyə təzədən yox, mənfidən başlayıram. Amma ən vacibi odur ki, özümdə böyük bir inam hiss edirəm. Həmişə demişəm, çempion olmurlar, çempion doğulurlar. Mən çempion kimi doğulduğumu yenidən təsdiqləmək istəyirəm.

- Bəs, məşqçilərin may ayında döyüş keçirməyinlə bağlı nə deyirlər?

- Açığı, həm dostlarım, həm də məşqçim risk etməyimi istəmir. Düzdür, onlar inanırlar ki, çox şeyə nail ola bilərəm. Amma bu qədər uzun müddətdən sonra döyüş təyin etməyimi riskli sayırlar. Buna baxmayaraq, mən özümə inanıram.

Dostlarım da deyir ki, indi döyüşmək hələ tezdir. Onlar məsləhət görürlər ki, ilin sonlarında rinqə çıxım. 12 raundluq döyüş keçirməyi riskli sayırlar. Amma hesab edirəm ki, çempion rinqə elə çempion kimi qayıtmalıdır.

- Kiminlə döyüşəcəyin müəyyənləşib?

- Hələlik danışıqlar gedir. Yaxın günlərdə rəqiblə bağlı açıqlama verəcəyik.

- Əvvəl 61 kq. çəkidə yarışırdın. Bəs, indi necə, çəkində dəyişiklik olacaq?

- Hə. Bu dəfə 63 kq.da çıxış etməyi nəzərdə tuturam. Hazırda çəkim 70 kq.dır. Döyüşə qədər çəkimi azaldacağam. Ən əsası mənim əhvalımdır. İdmana qayıtmağa psixoloji tərəfdən hazıram.

- Hazırda psixoloji durumun nə yerdədir?

- 2004-cü ildə olduğunda qat-qat yaxşı. İndi özümü daha rahat hiss edirəm, daha soyuq başla düşünürəm.

- Həbsdə olanda Azərbaycan idmanıyla maraqlanırdın?

- Azərbaycan idmançılarının uğurları məni çox sevindirirdi. Azərbaycan prezidentinin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, idmanda da gözəl işlər görülür. Bilirəm ki, qazandığımız medalların sayı əvvəlki illərə nisbətən artıb. Dünya və Avropa çempionu olan idmançılarımız çoxalır. Şadam ki, mənim həmkarlarım ölkəmizi layiqli şəkildə təmsil edirlər.

- Azərbaycanın həvəskar boks üzrə milli komandasının tərkibinə çox sayda legioner cəlb olunub. Buna münasibətin necədir?

- Boks millisi mənim çox xoşuma gəlir. Orada güclü boksçular çıxış edir. Aralarında dünya və Avropa çempionu olanlar var. Azərbaycan cəmi 20 ildir müstəqilliyini bərpa edib, bu müddətdə idmanda bu qədər işin görülməsi az şey deyil. Bu mənada, düşünürəm ki, boksçulara yaradılan bu qədər şəraitin qarşılığında onlar bütün  yarışlarda yaxşı nəticə verməyə borcludurlar.

- Həbsdə olanda dostların, yaxınların səninlə əlaqə saxlayırdılar?

- Dost sözü mənim üçün müqəddəsdir. Kim ki mənim dostumdur, onlar həbsdə olanda da məni tək buraxmadılar. Allaha çox şükür ki, dost seçimində yanılmamışam.

- Yeri gəlmişkən, həbs həyatında mütaliə edirdin?

- Quranı oxuyurdum. Bundan başqa, dünyəvi kitablara da maraq göstərirdim.

- Sənin qazandığın titullar qüvvədə qalır, yoxsa?

- Təəssüf ki, yox. Bildiyiniz kimi, mən WBO və WBCA versiyalarında kəmərə sahib olmuşdum.  Kəmərin sahibi ildə bir dəfə onu qorumaq üçün döyüş keçirməlidir. Amma mənim belə bir imkanım olmadı. Buna görə də hazırda keçmiş çempion sayılıram.

- Menecerlər fiziki durumunla bağlı nə dedilər?

- Onlar yaxşı mənada təəccüblənmişdilər. Hətta bəziləri Almaniyada qalıb yaşamağımı təklif etdilər. Amma mən buna razı olmadım. Mən vətənimi sevirəm və heç yana getməyə hazırlaşmıram. Yeddi il az müddət deyil. Bu dövrdə çox şey barədə fikirləşmişəm.

- Ötən yeddi ilə baxanda peşmançılıq hissləri keçirdiyin olub?

- Qanunun qarşısında hamı birdir. Sıravi insan da, məşhur idmançı da. 20-25 yaş idmançı üçün ən təhlükəli mərhələdir. Zamanında səhvlər etdim və qanunla da haqlı olaraq cəzamı çəkdim. İndi 32 yaşım var. Peşəkar boksda çox şey 30 yaşdan sonra başlayır. Bu mənada, bundan sonra bütün fikrimi ancaq idmana yönəldib uğurlar qazanmaq istəyirəm.

 
























Səhifənin yuxarısına keçidYuxarı
3568 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google





 
 
ARXİV                       
 
24.01.2015  16:51 "İnanmıram ki, “Qarabağ”dan başqa klubda oynayım”
23.01.2015  19:05 “Qol vursaydım, mənə bu iradları tutmazdılar” – Reynaldo
21.01.2015  18:37 “Qarabağ” bir futbolçudan asılı komanda deyil”
19.01.2015  15:21 “Onlara “qırmızı vərəqə” göstərsəm, çox səs-küy yaradarlar”
18.01.2015  11:27 "Qəbələ" mövsümün əvvəlində qəti addım atmalı idi" - Zaur Əzizov
17.01.2015  00:35 "Hələ bu qədər Ruslanla birgə oynamamışam" - Ruslan Fomin
15.01.2015  13:36 Güvənc Kurtar: “Qarabağ” onu satmaz”
15.01.2015  12:36 “Onun futbol təfəkkürü fərqlidir” – Rəşad Sadiqov
10.01.2015  14:29 "Pul da təklif etsələr, Azərbaycan millisində oynamaram"
09.01.2015  17:03 “Mən fəhləlik də etmişəm” – Qara Qarayev
08.01.2015  16:27 Vüqar Nadirov: “Dəvə ilə də şəkil çəkdirmişəm, indi deyəcəklər ki...”
08.01.2015  12:42 “Hətta bizi sevməyənlər də bu biabırçılıqdan danışırdı”
07.01.2015  15:17 “Onu qovun getsin” – Böyükağa Hacıyev
02.01.2015  15:07 “İnter”ə Sxadadzeyə görə keçdim” – Əfran İsmayılov
31.12.2014  00:50 "2014-cü ildən razı qalmadım" - Tərlan Əhmədov
30.12.2014  13:49 “Ən xoş sözlər "Qarabağ"a aiddir"
29.12.2014  17:13 “O futbolçulara haqqımı halal etmirəm” – Yaşar Seyidov
25.12.2014  15:41 “Özünü yaxşı aparsa, onu “Qarabağ”a transfer edəcəm” – Qurban Qurbanov
25.12.2014  13:00 "Mən futbol üçün yaranmışam" - Böyükağa Hacıyev
24.12.2014  16:16 “Çempion olduqdan sonra ən sevincli anımdır” – Qara Qarayev
 
 
 
  28.01.15
03:00
  "Kayserispor" - "Fənərbaxça" (VİDEO)
02:55
  İvanoviç "Çelsi"ni finala yüksəltdi (VİDEO)
02:40
  İngiltərə Liqa kuboku: "Çelsi" finalda
02:20
  "Milan" kubokda mübarizəni dayandırdı
01:43
  Qana və Əlcəzair 1/4 finalda
01:18
  Türkiyə kuboku: "Fənərbaxça" və "Trabzonspor" xal itirdi
00:34
  "Qəbələ"nin Antalyada bir günü (VİDEO)
00:25
  Vaqif Cavadov debüt matçında dubl etdi
00:01
  Kim gəlir, kim gedir? (YENİLƏNİR)
  27.01.15
22:56
  Samuel Eto'o rəsmən "Sampdoriya"da
22:00
  "Milan"ın futbolçusuna 4 oyunluq cəza
21:29
  "Beşiktaş"dan rəsmi transfer
20:52
  "Qəbələ" son yoxlama oyununda heç-heçə etdi
20:35
  "Qarabağ" - "Legiya": geniş icmal (VİDEO)
20:16
  "Roma"nın futbolçusu "Milan"da
19:33
  Danışılmış oyun iddiasına “Qarabağ”dan münasibət
19:15
  "Qarabağ"ın 2015-dəki ilk qələbəsi (FOTOLAR)
18:57
  "Qarabağ" güclü rəqibdir" - "Legiya"nın baş məşqçisi
18:35
  "Qarabağ" daha hazırlıqlı idi" - "Legiya"nın prezidenti
18:07
  "Sumqayıt" "Bakı"nın futbolçusunu transfer etdi
17:53
  "Qarabağ" Polşa çempionuna qalib gəldi
17:40
  İstefa verən baş məşqçi qərarını dəyişdi
17:15
  Avstraliyanı finala yüksəldən qələbə (VİDEO)
15:46
  "Simurq" futbolçusu ilə yollarını ayırdı
15:33
  Asiya kubokunda finalçılar müəyyənləşdi
15:08
  Afrika kubokunun qalibi xərçəngdən öldü
15:05
  Regionda futbol (VİDEO)
14:48
  Hokkeydə görülməyən qol (VİDEO)
14:26
  Etopaz-da 26 yanvarın uduşları
14:05
  Berlində ikinci Noyer (FOTO)
14:03
  "Qəbələ"dən ayrılan futbolçu Portuqaliya klubunda
13:39
  Dünən “Qarabağ”da qollar vururdu, bu gün heç kimə lazım deyil
13:11
  Valdes "Mançester Yunayted"in əvəzedici heyətində
13:04
  "Qarabağ"ın çempionluğa real namizəd olması ilə barışmırıq"
12:38
  “Qarabağ”ı yadınıza salın” – Ukraynadan açıqlama
12:34
  AZAL – “Neftçi": nə Flavinyo var, nə də...
12:20
  "Ronaldo lazımi cəzanı almalıdır" – Neymar
11:59
  Messini ilk dəfə belə də görəcəksiz (FOTO)
11:20
  AFFA-nın Hesabat Konfransının vaxtı müəyyənləşdi
10:34
  Premyer Liqamızda oyunların vaxtı açıqlandı
10:11
  "Qəbələ" Türkmənistan klubu ilə oyuna hazırdır
03:09
  "Napoli"nin qalib gəldiyi oyun (VİDEO)
02:55
  İtaliya A Seriyası: "Napoli"dən qələbə
02:41
  "Arsenal"ın kubokdakı rəqibi müəyyənləşdi
02:06
  La Liqada 20-ci tura yekun vuruldu
01:52
  "Mançester Yunayted"dəki karyeram məndən asılı deyil"
01:28
  "Beşiktaş"ın qələbəsi (VİDEO)
00:43
  Türkiyə superliqası: "Beşiktaş" qələbə qazandı
00:40
  Cənubi Koreyanı finala yüksəldən qələbə (VİDEO)
00:33
  Kasilyas Amerikada oynamaq istəyir
00:13
  Belçikada həftənin qolu (VİDEO)
00:01
  "Avro-2017"nin final mərhələsi Polşada
  26.01.15
23:03
  Blatterə yeni rəqib
22:43
  Millimizin yenə 12-cidir
21:39
  "Milan"da ciddi itki
BÜTÜN XƏBƏRLƏR
© 2008 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore