"Yoxlama oyunlarının hamısına ciddi yanaşırıq" - Soni Mustivar

"Yoxlama oyunlarının hamısına ciddi yanaşırıq" - Soni Mustivar
ÖLKƏ FUTBOLU 23 Yanvar 2019 / 21:39 1219
-  A +

"Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar "Slovan”la yoxlama oyunundan (1:2) sonra klubun rəsmi saytına açıqlama verib.

Qol.az-ın məlumatına görə, haitili futbolçu sınaq matçlarına ciddi yanaşdıqlarını bildirib:

"Məncə, pis oynamadıq. Sadəcə, iki epizodda diqqətsizlik etdik. Təəssüf ki, hər iki vəziyyət qapımıza qolla nəticələndi və buna görə də məğlub olduq. Sınaq matçı olmasına baxmayaraq, uduzmaq istəməzdik. Ümumiyyətlə, yoxlama oyunlarının hamısına ciddi yanaşırıq. Çünki, fikrimcə, məşqlərimiz oyunda öz əksini göstərir. Məşqlərdə səhvlərimiz üzərində çalışırıq. Daha da yaxşı oynamalıyıq ki, komandada özünəinam artsın”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı