"Qarabağ" "Piast"la heç-heçə etdi

"Qarabağ" "Piast"la heç-heçə etdi
ÖLKƏ FUTBOLU 23 Yanvar 2019 / 19:49 7520
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası Polşanın yüksək liqasında mübarizə aparan "Piast" klubu ilə qarşılaşıb. Ağdam təmsilçisinin qardaş ölkədə 3-cü sınağ matçında heç-heçə edib  - 1:1 .

Bundan əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" ikinci oyunda Çexiyanın "Bohemians" klubuna qalib gəlmişdi - 3:1.

Qeyd edək ki, "Qarabağ" 2014/15 mövsümündə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində də "Piast"la üz-üzə gəlib. Bakıdakı oyunda 2:1 hesablı qələbə qazanan ağdamlılar səfərdə 2:2 hesablı heç-heçə edərək, 3-cü mərhələyə vəsiqə qazanmışdı. 

Əlavə edək  ki, "Qarabağ" sonuncu yoxlama görüşünü yanvarın 26-ı Donetsk "Şaxtyor"una qarşı keçirəcək.


Yoxlama oyunu

23 yanvar

18:00. "Qarabağ" (Azərbaycan) – "Piast" (Polşa) - 1:1
Qollar:
Joel Valensiya, 10 (0:1), Araz Abdullayev, 16 (1:1)
Antalya. "Gloria Sport Arena"

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı