"Qalatasaray"dan braziliyalı hücumçu üçün 6 milyonluq təklif

"Qalatasaray"dan braziliyalı hücumçu üçün 6 milyonluq təklif
XƏBƏR 22 Yanvar 2019 / 18:33 4453
-  A +

"Spartak"ın hücumçusu Luis Adriano karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, "Qalatasaray" braziliyalı futbolçu üçün Moskva klubuna rəsmi təklif göndərib. "Sarı-qırmızılılar" 31 yaşlı forvard üçün ruslara 6 milyon avro təklif edib. Premyer Liqa təmsilçisi isə türklərdən 10 milyon avro istəyir.

Qeyd edək ki, 2017-ci ildən "Spartak"da çıxış edən Adriano ilə "Beşiktaş" da maraqlanır. Təcrübəli futbolçu bu mövsüm Rusiya çempionatında 14 oyuna 4 qol vurub və 3 məhsuldar ötürmə edib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı