"Azərbaycana qalib gələcəyimizə inanırıq" - Lars Olsen

"Azərbaycana qalib gələcəyimizə inanırıq" -  Lars Olsen
ÖLKƏ FUTBOLU 16 Noyabr 2018 / 16:50 3316
-  A +

"Yaxşı məşq etmişik. Zədəli futbolçumuz yoxdur. Sabahkı oyunu səbrsizliklə gözləyirik. Azərbaycanla ilk oyunda 0:3 hesabı ilə uduzduq. Həmin oyunda kKobud səhvlərə yol verdik və rəqib bizi cəzalandırdı. Azərbaycan yaxşı komandadır. Lakin qalib gələcəyimizə inanırıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Farer adaları millisinin baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda sabah Azərbaycanla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- Azərbaycana oyuna 4 gün qalmış gəlməyiniz nə ilə bağlıdır?

- Hava şəraiti Farer adaları ilə eynidir. Tez gəlməyimiz bura uyğunlaşmaq üçündür. İlk matçda uduzsaq da,  bərabər oyun getdi. Bu dəfə də elə olacaq.
 
- Mətbuatda start heyətini açıqladığınız yazılmışdı. Hansısa dəyişiklik olacaq?

- Mən heç bir 11-lik elan etməmişəm. Ola bilər ki, bu, hansısa media nümayəndəsinin təxəyülünün məhsuludur. 

- Komandanın kapitanı aqressiv görünürdü. Oyunçularınızın qırmızı vərəqə almasından ehtiyatlanmırsınız?

- Elə deməzdim. Onlar çox sakitdir. Emosianallıq hamımızda eyni formadadır.

- Azərbaycanla ilk oyunun mətbuat konfransına gəlməmişdiniz. Sabah da məğlub olsanız, eyni addımı ata bilərsiniz?

- Xeyr, bu, baş verməyəcək. Burda olmağımı istəyirsinizsə, nəticədən asılı olmayaraq, konfransa qatılacam.

- Qrupun favoriti sizcə kimdir: Kosovo, yoxsa Azərbaycan?

- Bu məsələ ilə bağlı öz fikrimi bildirəcəm. Baş məşqçi kimi, öz komandamı qeyd etmək çətindir. Qrupda qarşılaşdığımız ən güclü rəqib Kosovo idi. Favorit onlardı.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord