“Bakıda üç xal qazanmaq çox çətin idi” - Yunus Mallı

“Bakıda üç xal qazanmaq çox çətin idi” -  Yunus Mallı
ÖLKƏ FUTBOLU 30 Sentyabr 2016 / 00:35 3431
-  A +

"Maynts"ın türk əsilli futbolçusu Yunus Mallı Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qəbələ" ilə oyundan (2:3) sonra Qol.az-ın suallarını cavablandırıb.




- Oyun haqqında düşüncələrin...
- Çox çətin oyun idi. Çətin olacağını oyundan öncə də bilirdik. Üç xal qazandığımız üçün çox xoşbəxtik. İlk hissədə müəyyən səhvlər etdik və yaxşı oynaya bilmədik. İki qolu qapımızda görməyimizə baxmayaraq, sonradan toparlandıq, bunun sonunda da vacib qələbəmizi qazandıq

- Oyunun dönüm nöqtəsi hansı idi?
- Dediyim kimi, iki qol buraxsaq da, irəli atıldıq. Yaxşı oyun sərgiləyirdik. Çoxsaylı qol vəziyyətləri yaratdıq və sonda qələbə topunu vurmağı bacardıq.

- “Qəbələ”dən belə bir mübarizə gözləyirdiniz?
- Bilirdik ki,“Qəbələ” yaxşı oynayacaq. Onların Azərbaycan çempionatındakı nəticələri bundan xəbər verirdi. Rəqibin çempionatda qol buraxmamasından da xəbərdar idik. Bu gün də bunun şahidi olduq. “Qəbələ”nin qolundan sonra azərbaycanlı azarkeşlər də susmaq istəmirdilər. Bakıda üç xal qazanmaq çox çətin idi. Bunu bacardığımız üçün xoşbəxtəm.

- “Qəbələ”nin “Sent-Etyen” qarşısında şanslarını necə dəyərləndirirsən?
- Bu qrup çox çətindir. İstənilən komandadan xal qoparmaq olar. “Qəbələ” bu gün oynadığı oyunu oynasa, “Sent-Etyen”dən xal ala bilər. Biz öz oyunlarımızı düşünməliyik. İki oyuna dörd xal qazanmışıq və bu, bizim üçün əla başlanğıcdır. “Anderlext”lə oyunda qələbə qazanmağa çalışacağıq.

- Azərbaycan haqqında düşüncələrin necədir?
- Azərbaycan qardaş ölkədir. Bura ilk dəfə idi ki, gəlirdim. Bakı həqiqətən də gözəl şəhərdi. İnşallah bir gün paytaxtınızı gəzmək imkanım olacaq. Ancaq bu gün oyun üçün bura gəlmişdik. Ümid edirəm ki, bir daha bura səfər edəcəyəm.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın