Teymur Məmmədov: "Taktikanı düzgün qurmadım"

Teymur Məmmədov: "Taktikanı düzgün qurmadım"
OLİMPİYA-2016 24 Avqust 2016 / 00:01 5242
-  A +

"Mən medal qazanacağıma inanırdım, taktikanı düzgün qurmadım. Komanda pis döyüşmədi. Hamının şansı var idi, əksəriyyəti medalın bir addımlığında məğlub oldu".

Qol.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu sözləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Rio-de-Janeyrodan Vətənə qayıdan Azərbaycan yığmasının XXXI Yay Olimpiya Oyunlarındakı bayraqdarı boksçu Teymur Məmmədov deyib.

O, finalda hakimlərin Lorenso Sotomayora qarşı haqsızlıq etməsi fikri ilə razı olmadığını bildirib:
"Bizdə belə bir deyim var: Azərbaycan idmançıları uduzmurlar, onları hakimlər uduzdurur (gülür - red.). Olimpiada elə bir yerdir ki, orada fərq etmir sən dünya çempionusan, ya da olimpiya çempionu. Orada heç tanınmayan idmançılar çıxıb qələbə qazanırlar".

Teymur Məmmədov jurnalistlərin Özbəkistan boksçularının uğurlu çıxışı ilə bağlı sualını da cavablandırıb: "Yəqin onlar yaxşı hazırlıq prosesi keçiblər".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı