Cari mövsümdə Topaz Premyer Liqasında ikinci dəfə protokol xətasına yol verilib.
İlk dəfə belə bir hadisə “Sabail”- “Zirə” görüşündə baş vermişdi. O zaman “Zirə” protokola 1998-ci il təvəllüdlü və ya daha gənc futbolçu adı yazmadığı üçün bir xaldan məhrum olmuşdu. İndi isə “Qarabağ” protokolda adı olmayan futbolçunu meydana buraxdığına görə texniki məğlubiyyət alacaq. Komandaların cəzalanması anlaşılandır. Əsasnaməni pozan komanda cəzalanmalıdır. Bəs hakimlər? Hakimlərin vəzifəsi təkcə 90 dəqiqə meydançada baş verənləri müşahidə edib, hadisələri qeydə almaqdan ibarətdirmi? Əlbəttə ki, yox. Hakimlərin oyunun başlanmasına qədər yerinə yetirməli olduqları xeyli vəzifələri var. Onlardan biri də protokola nəzarət etmək, protokolda adı olmayan futbolçuları ehtiyat oyunçular skamyasına buraxmamaqdır. Zənnimizcə, “Səbail” – “Zirə” oyunundan əvvəl də hakimlər protokolu nəzərdən keçirib, onun düzgün doldurulmadığını “Zirə”nin rəhbərliyinə bildirməli idilər. Əgər “Zirə”nin məşqçiləri bundan sonra da protokola gənc oyunçu adını salmaqdan imtina etsəydilər, onda onlara texniki məğlubiyyət verilməli idi. Amma hakimlər onlara protokolun düzgün doldurulmaması barədə heç bir irad bildirməyiblər. Nəticədə öz işinə səhlənkar yanaşan “Zirə” həmin oyunda qazandığı bir xalı itirdi. Amma oyunun hakimlərinə gözün üstündə qaşın var deyən olmadı. Əslində hakimlər də həmin oyunda “Zirə”nin məşqçiləri qədər səhlənkarlıq etmişdilər.
İndi də “Qarabağ” texniki məğlubiyyət alacaq. Çünku, adını protokola yazmadığı, amma hamının “Qarabağ”ın futbolçusu kimi tanıdığı Abbas Hüseynovu meydana buraxıb.
Təbii sual ortaya çıxır. Adı protokolda olmayan futbolçunu texniki zonaya kim buraxıb? Protokolda adı olmayan şəxslərın texniki zonadan uzaqlaşdırılması kimin səlahiyyətinə aiddir? Qurban Qurbanovun? Əlbəttə ki, yox. Oyundan əvvəl dördüncü hakim protokolu nəzərdən keçirməli, orada adı olmayan şəxslərin texniki zonaya girməsinə icazə verməməlidir. Əgər texniki zonada adı protokola salınmayan şəxs varsa, dördüncü hakim onu oradan uzaqlaşdırmalıdır. Elə isə Abbas Hüseynov niyə texniki zonadan uzaqlaşdırılmayıb? Əgər hakim üzərinə düşən bu vəzifəni yerinə yetirsəydi, yəni Abbas Hüseynovu texniki zonadan kənarlaşdırsaydı, məşqçi onu meydana buraxa bilməzdi. Yəni, bu boyda mərəkə də baş verməzdi. Məhz hakimin məsuliyyətsizliyi üzündən bu gün “Qarabağ” texniki məğlubiyyətlə üz-üzə qalıb. “Qarabağ” mütləq cəzalanacaq, amma görək oyunun hakimlərini cəzalandıran olacaqmı?
Ürfan MƏMMƏDLİ,
çempion.az
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...
Baş nazir milliinin üzvlərinə orden veriləcəyini açıqladı
"Səbail"in futbolçusu oynadı, milli komandası qalib gəldi