“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, Topaz Premyer Liqasının VIII turunda evdə “Neftçi” üzərində 3:1 hesablı qələbəni şərh edən gənc mütəxəssis deyib ki, buna qədərki məğlubiyyətlər komandanı təngə gətirmişdi: “Yaxşı ki, fasilə yaranmışdı. Bir ailə olmağa çalışdıq. Yumruq kimi birləşdik. Bir qədər psixoloji gərginlik var idi. Həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrik edirəm. Bəlkə də “Zirə”ylə oyunda zəif oynamışdıq. Ancaq uşaqlar məğlubiyyətdən bezmişdilər. Dünən uşaqların gözlərini görmüşdüm. Bilirdim ki, onlar start fiti üçün alışıb-yanırdılar”.
- Aqil Məmmədov start heyətində yer aldı və möhtəşəm oynadı. Dmitri Bezotosnı niyə yox idi?
- Aqili xüsusi təbrik edirəm. Öz saatını gözləyirdi və şansından istifadə etdi.
- Bu qələbə komandanız üçün dönüş nöqtəsi oldumu?
- Qarşımızda uzun bir marafon var. Bu oyuna görə sevinsək də, unudub yenidən başlamalıyıq. Hər bir oyuna ciddi yanaşmalıyıq.
- Təmkin 1 oyun oynayıb, 2 oyun buraxır...
- Bunu bəxtsizliklə əlaqələndirərdim. Ötən dəfə qırmızı vərəqəyə görə pul cəzası da kəsmişdik. Ancaq bu cür anlarda futbolçuya dəstək olmaq lazımdır (sport24.az).
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında