Aquerodan 9-cu het-trik, 140-cı qol

Aquerodan 9-cu het-trik, 140-cı qol
XƏBƏR 20 Avqust 2018 / 01:15 2683
-  A +

“Mançester Siti”nin hücumçusu Serxio Aquero İngiltərə Premyer Liqasının ikinci turunda “Haddersfild”lə oyunda (6:1) het-trik edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu, argentinalı forvardın Premyer Liqada sayca 9-cu het-trikidir.

Bu nəticə ilə Aquero yalnız Alen Şirerdən geri qalır. “Sautgempton”, “Blekbern” və “Nyukasl”ın sabiq forvardının hesabında 11 het-trik var.

“Haddersfild”lə matçda 3 dəfə fərqlənməklə 30 yaşlı forvard İngiltərə birinciliyində vurduğu qolların sayını 140-a çatdırıb. Aquero yalnız Ruud van Nistelroydan (144 qol) geri qalmaqla Premyer Liqa tarixinin ən məhsuldar ikinci əcnəbisidir.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı