"Rəqibin təzyiqinə görə 5 müdafiəçi ilə oynadıq" - Bordin

"Rəqibin təzyiqinə görə 5 müdafiəçi ilə oynadıq" -  Bordin
GÜNDƏM 19 Avqust 2018 / 21:23 4541
-  A +

"Çox yaxşı oyun alındı. Üçüncü qolu da vura bilərdik. Lakin sona yaxın hiss etdik ki, rəqibin təzyiqi var”.
 
Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi"nin baş məşqçisi Roberto Bordin  Topaz Premyer Liqasının II turunda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

- Müdafiə xəttindəki boşluqları necə aradan qaldırmağı düşünürsünüz?

- Rəqib oyunun sonuna yaxın 3 hücumçu ilə, biz isə 5 müdafiəçi ilə oynamağa başladıq. Rəqib bizə təzyiq göstərirsə, bu, o demək deyil ki, yeni futbolçu almalıyıq.

- "Qarabağ”la üçüncü turdakı oyununuz təxirə salına bilər. Bu, komandaya necə təsir edə bilər?

- Biz "Qəbələ” ilə oyunda qazandığımız qələbəni qeyd etməliyik. "Qarabağ”la oyunun taleyinə isə yaxın günlərdə aydınlıq gələcək. Matç təxirə salınsa, yoxlama oyunu keçirmək barədə düşünəcəyik.

- "Qarabağ” Avropa Liqasında keçmiş komandanız "Şerif”lə qarşılaşacaq. Bu haqda nə deyə bilərsiniz?

- "Qarabağ” və "Şerif” yaxşı komandadır. İnanıram ki, yaxşı, maraqlı oyun olacaq. Amma matç barədə hansısa proqnoz verə bilmərəm.

- "Qarabağ” – "Şerif” matçında hansı komandanın qalib gəlməsini istəyərdiniz?

- Hazırda mən "Neftçi”yə azarkeşlik edirəm. Düzdür, "Şerif”də işləmişəm və uğurlar qazanmışam. Həmişə o komandanın uğur əldə etməsini istəyəcəyəm.

- Beyninizdəki "Neftçi”ni qura bilmisiniz?

- Bugünkü oyundan razıyam, sona qədər mübarizə apardıq. Kollektivimizi daha da təkmilləşdirməyə, komandamızın daha çox hücumlar qurmasına çalışacağıq. Düşündüyüm "Neftçi”ni görməsəm də, ona doğru irəliləyiş hiss edirik.

- Mirabdulla Abbasova tez-tez etiraz edirdiz. Ümumiyyətlə, bu futbolçu haqqında fikirləriniz nələrdi?

- Bizdə heç bir futbolçuyla heç bir problem yoxdur, hər şey qaydasındadır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord