"Üzücü məğlubiyyət oldu" - Sənan Qurbanov

"Üzücü məğlubiyyət oldu" -  Sənan Qurbanov
ÖLKƏ FUTBOLU 19 Avqust 2018 / 21:04 3637
-  A +

“Bizim üçün üzücü məğlubiyyət oldu. "Neftçi" kobud səhvlərimizdən yararlandı. İkinci hissə bir qədər fərqli alındı. Yetərincə qol imkanımız oldu. İki kobud səhvdən qapımıza qol vurdular”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 2-ci turunda “Neftçi”yə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

- Ötən oyundan sonra nəyisə dəyişiklik etməyi düşündünüz?

- Bu gün əlimizdə olan futbolçulardan maksimum dərəcədə istifadə etdik.

- Düşünmürsüz ki, Monroz hələ hazır deyil?

- Monroz zədəli idi. Məşqsizdi, amma bu gün hücumçu kimi özünü göstərdi.

- Elvini qolda səhvi olduğu üçün əvəzlədiniz, yoxsa taktiki gediş idi?

- Xeyr, taktiki gediş idi. Hücumçu lazım idi, onun yerinə hücumçu buraxdıq.

- Mərkəz müdafiəçiləri səhvlər edirdilər, həyəcanlı idilər. Növbəti oyunlarda bu mövqedə dəyişiklik etməyi düşünürsünüz?

- Bəli, səhvlər var idi. Amma bir oyuna görə qərar vermək doğru deyil. Bu səhvləri analiz edib, təkrarlamamalarını söyləyəcəm.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın