“Günah tək Rəşadda yox, bütün komandadadır” – Maksim Medvedev

“Günah tək Rəşadda yox, bütün komandadadır” –  Maksim Medvedev
ÖLKƏ FUTBOLU 19 Avqust 2018 / 01:00 4239
-  A +

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqanın 2-ci turunda “Səbail” üzərində səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Çempionata qələbə ilə başlamağımız yaxşı oldu. Rəqibi yaxşı analiz etmişdik. Oyunçular baş məşqçinin tapşırıqlarını yerinə yetirə bildilər. Ona görə 2 qol vura bildik. Müdafiədə də etibarlı oynadıq. Çalışacağıq ki, çempionatda belə də davam edək və oyunumuzu daha da yaxşılaşdıraq. Lazımı xalları qazanaq.

- BATE-yə məğlubiyyətdən sonra komanda əhval-ruhiyyə necə idi?

- Gördüyünüz kimi bu gün meydanda BATE-yə qarşı oynayan futbolçuların çoxu yox idi. Baş məşqçi bizə istirahət vermişdi. Ağır oyundan sonra komandada bir az stress var idi. Yolumuza davam edirik. Bu gün digər uşaqlar komandaya yeni nəfəs gətirdi və qələbə qazandırdı.

- Ötən il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şerif”i mübarizədən kənarlaşdırmışdınız. Ola bilər ki, qisas almaq üçün sizə qarşı xüsusi motivasiya ilə oynasınlar?

- Ötən il “Şerif”i çəx çətinliklə keçmişdik. Doğrudan da yaxşı komandadır. Fərdi ustalığı ilə seçilən oyunçuları var. Həm müdafiədə, həm də hücumda inamlı təsir bağışlayırlar. Bəlkə də revanş götürmək istəyəcəklər. Amma biz də öz oyunumuzu oynamalıyıq. Daha diqqətli olmalı və ələ düşən imkanlardan istifadə etməliyik. Çempionlar Liqasında buraxdığımız səhvləri burda təkrarlamamalıyıq ki, sonradan oturub fikirləşməyək.

- Son vaxtlar Rəşad Sadıqova qarşı bir kampaniya var. Kapitanı yetərincə yaxşı tanıyırsınız. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Futbolda hər şey olur. Hamı səhv edə bilər. Keçən oyunlara baxanda görürük ki, mənim də, digər futbolçuların da səhvləri olub. Elə vaxt olub ki, biz səhv edəndə kapitanımız bizi sığortalayıb. Amma son iki oyunda biz Rəşadı sığortalaya bilmədik. Ona görə deyirlər ki, kapitan səhv edib. Hər kəs səhvə yol verə bilər. Əsas onu düzəltməkdir. Ancaq komanda şəklində həmin səhvi düzəldə bilmədik. Ona görə də günah bütün komandadadır.

Daha çox


Son xəbərlər