Renat qələbə qolunu vurdu, meydandan qovuldu

Renat qələbə qolunu vurdu, meydandan qovuldu
XƏBƏR 19 Avqust 2018 / 00:40 5074
-  A +

Portuqaliya Sequndasında ikinci turun görüşləri keçirilib.

Qol.az-ın xəbərinə görə, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril” səfərdə "Braqa"nın B komndası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Matçda yeganə qolu Renat Dadaşov 57-ci dəqiqədə vurub. Bu, onun Sequndada ilk qolu olub. 19 yaşlı hücumçu oyunun sonlarında daha bir dəfə “fərqlənib”. O, 90+2-ci dəqiqədə rəqibinə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.

Xatırladaq ki, Dadaşov ötən tur penaltidən fərqlənə bilməmişdi.

Qeyd edək ki, "Eştoril" 2 turdan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı