"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Topaz Premyer Liqanın 2-ci turundə "Səbail"i səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun barədə fikirlərini bildirib.
- Öncə futbolçularımı təbrik etmək istəyirəm. Bəzi dəyişiklər edilmişdi, buna baxmayaraq, pis oyun alınmadı. "Səbail"ə uğurlar arzulayıram.
- BATE ilə oyundan sonra ilk mətbuat konfransınızdır. Gələcək oyunlarla bağlı fikirləriniz nədir?
- BATE-yə məğlub olduq. Hər iki oyunda meydanda ən yaxşısını etməyə çalışdıq. Xüsusilə də 2-ci görüşdə daha yaxşı oyun sərgilədik. Sadəcə, Avropada təcrübəli komandaya qarşı oynadıq. Onlar şanslarını gözlədi və bundan istifadə etdilər. Üzgünəm. "Şerif"lə tanış olmuşam. Oyunlarını izləmişəm. Komandada bəzi dəyişikliklər var. Çətin matç olacaq.
- "Qarabağ"ın BATE-yə məğlub olmasından daha çox Rəşad müzakirələrə səbəb oldu.
- Belə şeylərdən uzaq olmaq istəyirəm. Rəşadın oynamasını daha çox mən istəyirdim. Karyerasını bitirmək istəyirdi. Bu gün də özümə arxayınam. Rəşadın gücünə inanıram. Onun nə gücü tükənib, nə də oyunu zəifləyib. Səhvlər axtarsaq, çox oyunçuda taparıq. Azarkeşlərin Rəşadı sevdiyini bilirəm. Mən bir məşqçi olaraq, onun həm meydandan kənarda, həm də meydanda klub üçün necə faydalı olduğunu bilirəm. Düzdür, Rəşad özü də bir az üzgündür.
- Rəşad bu gün 18 nəfərlik heyətdə yox idi. Bunun səbəbi nə idi?
- İstirahət verilmişdi. Səhər məşqdə idi. Heç bir psixoloji problemi yoxdur. Hər şey qaydasındadır. Hər bir insana belə təzyiqlər təsir edə bilər.
- Delarjın bu mövsüm "Qarabağ"ın uğursuz transferi olduğunu düşünmürsünüz?
- Delarj məşqlərə ən gec qoşulan futbolçudur. Növbəti oyunlarda daha yaxşı olacaq.
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək