"Beşiktaş"dan bəyanat: "Fənərbaxça" ilə oyuna çıxmayacaqlar

"Beşiktaş"dan bəyanat:  "Fənərbaxça" ilə oyuna çıxmayacaqlar
GÜNDƏM 26 Aprel 2018 / 21:49 6911
-  A +

“Beşiktaş” Türkiyə kubokunun yarımfinal mərhələsinin “Fənərbaxça” ilə cavab oyununa çıxmayacağı haqda bəyanat yayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyasının qalmaqallı matç haqda qərarına etiraz olaraq bu addımı atıb.

"Beşiktaş"ın bəyanatında deyilir: "Hər zaman əməyi, hörməti və alın tərini ifadə edən 115 illik tariximiz ilə “Beşiktaş”lılıq duruşu sərgiləyərək hüquqa zidd verilən bu qərara münasibətimimizi görətəririk. Tək yolumuz mayın 3-də keçiriləcək oyuna çıxmamaqdır. 115 ildir meydanda qazandıq, uduzduq, heç-heçə etdik. Masada uduzan olmağı qəbul etməmək üçün oyuna çıxmayacağıq.

Bu qərarımızın böyük “Beşiktaş” azarkeşlərinin səsinin də eşitdirilməsi baxımından ən ləyaqətli addım olacağına inanırıq".

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası İstanbul derbisinin təxirə salındığı 57-ci dəqiqədən etibarən, azarkeşsiz davam etdirilməsi haqda qərar verib.

Xatırladaq ki, "Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı