"Hərəkətlərindən hiss edirdim ki, məni göndərəcək" - Viktor Oseqeyl

"Hərəkətlərindən hiss edirdim ki, məni göndərəcək" - Viktor Oseqeyl
ÖLKƏ FUTBOLU 26 Aprel 2018 / 14:40 4191
-  A +

"Kəpəz"in sabiq futbolçusu Viktor Oseqeyl Qol.az-a müsahibə verib. Yunis Hüseynovun gəlişindən sonra Gəncə klubundan ayrılan nigeriyalı hücumçu gedişinin səbəblərini açıqlayıb.

- Qış fasiləsində "Kəpəz"dən ayrıldınız. Özünüzə yeni klub tapa bilmisiniz?

- Yox, hələ ki, azad agentəm. Mövsümün başa çatmağını gözləyirəm. İnanıram ki, yayda özümə yeni komanda tapa biləcəm.

- Təklifləriniz var?

- Hə, bəzi təkliflər almışam. Amma dəqiq olmadığı üçün açıqlaya bilmərəm.

- "Kəpəz"dən göndərilməyiniz sizin üçün gözlənilməz olmadı?

- Açığı, bir az elə oldu. Amma bilirdim ki, komandanı tərk edəcəm.

- Hardan bilirdiniz?

- Baş məşqçinin hərəkətləri hər şeyi deyirdi.

- Bu barədə sizə nəsə demişdi?

- Yox, heç nə deməsə də, bunu bilirdim. Münasibətindən hiss olunurdu ki, məni komandasında görmək istəmir, göndərəcək. Bəlkə də zədəli olduğum üçün belə alındı, bilmirəm. Kiminsə sizə ehtiyacı olmadığını bilmək elə də çətin iş deyil.

- Fasilədə sizdən başqa, daha 10 futbolçu "Kəpəz"dən göndərildi. Sizcə, komandanın problemi gedən oyunçularla bağlı idi?

- Bilmirəm. Bu, onların qərarı idi.

- Sizi "Kəpəz"ə Şahin Diniyev gətirmişdi. Bəlkə elə buna görə göndərildiniz...

- Yox, mən belə düşünmürəm. Çünki Dedimar Ferreyra da Şahin Diniyevin vaxtında gəlmişdi. Amma o, komandada qaldı. Əgər sizin oyun üslubunuz baş məşqçinin sisteminə uyğun gəlmirsə, bu o deməkdir ki, getməlisiniz. Təəssüf ki, mən yeni baş məşqçinin rəhbərliyi altında heç məşq də edə bilmədim.

- Sizin yerinizə Şadon Vinçester transfer olundu. Onun oyunu isə göz qabağındadır. Trinidad və tobaqolu hücumçu hələ də "Kəpəz"də qol hesabını aça bilməyib...

- Onun zəif hücumçu olduğunu düşünmürəm. Ola bilər ki, "Kəpəz" Vinçesterin oyun üslubuna uyğun komanda deyil.

- "Kəpəz"dən ayrıldıqdan sonra "Səbail"ə keçəcəyiniz gözlənilirdi. Hətta anlaşma da olmuşdu. Sonradan nə baş verdi?

- Hə, "Səbail"lə anlaşmışdım. Amma zədəm bu komandaya keçidimə mane oldu.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord