Millimiz Uels, Slovakiya və Macarıstanla eyni qrupda

Millimiz Uels, Slovakiya və Macarıstanla eyni qrupda
XƏBƏR 26 Aprel 2018 / 12:41 1942
-  A +

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında beynəlxalq turnir keçiriləcək.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 7-11 may tarixlərində təşkil olunacaq “Slovakia Cup 2018” turnirində Azərbaycanın U-19 yığması çıxış edəcək. 

8 komandanın  qatılacağı yarışda həmçinin, Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq. Azərbaycan yığması meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb:


A qrupu:
Azərbaycan, Slovakiya,  Uels, Macarıstan

B qrupu: ABŞ, Çexiya, Ukrayna, Qazaxıstan
 

7 may

14:00. Azərbaycan – Macarıstan

8 may

14:00. Azərbaycan – Uels

10 may

14:00. Slovakiya – Azərbaycan
 

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı