Ronaldo dayandı - 350 gündən sonra

Ronaldo dayandı - 350 gündən sonra
XƏBƏR 26 Aprel 2018 / 12:01 4423
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldonun Çempionlar Liqasındakı qol seriyası qırılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu ardıcıl 11 matçdan sonra yarımfinalda "Bavariya" ilə ilk oyunda qol vura bilməyib.

Ronaldo sonuncu dəfə ötən il mayın 10-u, yəni 350 gün bundan əvvəl - "Atletiko" ilə görüşdə ÇL-də meydanı qolsuz tərk etmişdi.

Qeyd edək ki, "Bavariya" - "Real" görüşü qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki