Ronaldo Kasilyası geridə qoydu

Ronaldo Kasilyası geridə qoydu
XƏBƏR 26 Aprel 2018 / 01:10 3978
-  A +

Çempionlar Liqasının yarımfinal mərhələsində səfərdə “Bavariya” üzərində qazanılan qələbə (2:1) “Real”ın futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Qol.az-ın xəbərinə görə, bu, portuqaliyalı hücumçunun ÇL-də 96-cı qələbəsi olub.

Bununla da 33 yaşlı forvard sabiq komanda yoldaşı İker Kasilyasın (95 qələbə) rekordunu yeniləyib.

Qeyd edək ki, Ronaldo bu göstəriciyə 154, Kasilyas isə 171 oyunda çatıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın