Yeni təklifə "yox" dedi, "Qarabağ"a gəlir

Yeni təklifə "yox" dedi, "Qarabağ"a gəlir
ÖLKƏ FUTBOLU 25 Aprel 2018 / 21:09 9190
-  A +

“Biz Xama haqda çox danışmışıq. Yenə deyirəm ki, onun komandamızda qalmaq məsələsi bağlanıb”.

Qol.az-ın məlumatına görə, bu sözləri Cənubi Afrika mətbuatına açıqlamasında “Mamelodi Sandaunz” klubunun baş məşqçisi Pitso Mosimane deyib. O, “Qarabağ”ın da maraqlandığı Xama Billiatla mövsümün sonunda yolların ayrılacağını təsdiqləyib:

“Bu barədə nə qədər sual versəniz, yenə eyni cavabı alacaqsınız. Billiat üçün darıxacağıq. Ona təklif etdiyimiz yeni müqaviləni qəbul etmədi. Mövsümün sonunda komandanı tərk etməyə hazırlaşır”.

Zimbabveli forvardın Misirin “Zemalek” klubundan təklif aldığı söylənilsə də, Cənubi afrikalı jurnalistlərin fikrincə, 28 yaşlı futbolçu karyerasını “Qarabağ”da davam etdirməkdə maraqlıdır. Billiatın istənilən halda Ağdam klubuna keçəcəyi qeyd olunub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın