Yığmamız Gürcüstana uduzdu

Yığmamız Gürcüstana uduzdu
XƏBƏR 25 Aprel 2018 / 19:35 2267
-  A +

Türkiyənin Antalya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız növbəti oyununu keçirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azər Məmmədovun rəhbərlik etdiyi komanda gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qoluna Bəhruz Tanrıverdiyev imza atıb.

Aprelin 27-də keçiriləcək növbəti oyunda millimiz Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, komandaməz ilk oyununda Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşmışdı - 1:1.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı