Salahın "Roma" sevgisi - Şəkillər

Salahın "Roma" sevgisi -  Şəkillər
GÜNDƏM 25 Aprel 2018 / 12:40 7804
-  A +

"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının yarımfinalının "Roma" ilə ilk oyununda möhtəşəm oyunu ilə yadda qaldı.

Qol.az-ın məlumatına görə, misirli hücumçu 5:2 hesablı qələbə qazandıqları görüşdə  2 qol, 2 məhsuldar ötürmə ilə komandasının uğurunda böyük pay sahibi oldu.

Ötən gecə keçirilən oyunda əsas diqqət çəkən məqam isə Salahın vurduğu qollardan sonra sevincini gizlətməsi idi. O, hələ oyundan əvvəl verdiyi açıqlamasında "Roma"nı sevdiyini bildirmişdi: "Mən "Roma"da iki il oynamışam. Orada hər şey xoşuma gəlirdi. Mən bu klub üçün mübarizə aparmışam. Ancaq indi "Roma"ya qarşı oynamalıyam. Bu, asan olmayacaq. Mən həmişə "Roma"nın futbolçuları ilə yazışıram. Biz hələ də dostuq.

Mən "Roma"nı, bu şəhəri və komandanın azarkeşlərini sevirəm. Bilirəm ki, onlar da məni sevir. Müxtəlif hisslər keçirirəm. Ümid edirəm ki, qalib gələcəyik, ancaq "Roma"ya da uğurlar arzulayıram".

Salah vurduğu qollardan sonra bu açıqlamasının nə qədər səmimi olduğunu sübut etdi. Komanda yoldaşları onun qolunu böyük çılğınlıqla qeyd etsə də, misirli forvard heç bir emosiya nümayiş etdirmədi.

Qeyd edək ki, 25 yaşlı futbolçu 2015-2017-ci illərdə "Roma"da çıxış edib. O, "canvarlar"ın heyətində 65 oyuna 29 qol vurub.












Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər