"Salah dünyanın ən yaxşı futbolçusudur" - Cerrard

"Salah dünyanın ən yaxşı futbolçusudur" -  Cerrard
XƏBƏR 25 Aprel 2018 / 11:44 3983
-  A +

"Liverpul"un sabiq kapitanı Stiven Cerrard Məhəmməd Salahın Çempionlar Liqasının "Roma" ilə keçirilən ilk yarımfinal oyunundakı möhtəşəm çıxışı haqda danışıb.

Qol.az-ın "BT Sport"a istinadən yaydığı xəbərə görə, veteran yarımmüdafiəçi misirli hücumçunun hazırda Ronaldo və Messidən güclü olduğunu bildirib:

"O, karyerasının ən yaxşı oyunu göstərdi. Salahı Ronaldo və Messi ilə müqayisə etmək çətindir. Onlar uzun müddətdir sabit oyunları ilə seçilir. Ancaq indi Salah dünyanın ən yaxı futbolçusudur. Mən bunu əminliklə deyirəm".

Qeyd edək ki, Salah "Roma" ilə oyunda 2 qol, 2 məhsuldar ötürmə və gözəl oyunu ilə yadda qalıb.

Son xəbərlər