"Səbail" Antalyaya yollandı

"Səbail" Antalyaya yollandı
XƏBƏR 20 Yanvar 2018 / 16:26 3508
-  A +

Topaz Premyer Liqasının debütantı "Səbail" təlim-məşq toplanışı məqsədilə Türkiyəyə yollanıb.

Qol.az-ın xəbərinə görə, Samir Əliyevin komandası bu gün Bakı-İstanbul-Antalya hava reysi ilə qardaş ölkəyə səfər edib.

Qeyd edək ki, "Səbail" Antalyada 2 həfə hazırlıq keçəcək. Bu müddət ərzində paytax təmsilçisi 4 yoxlama oyunu keçirəcək. Rəqiblərdən üçü məlumdur. Komanda yanvarın 23-də Ukraynanın “Çernomorets”, 26-da Serbiyanın “Napredak”, 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubları ilə qüvvəsini sınayacaq.
Oyunların saatları və digər rəqibin adı dəqiqləşdikdən sonra məlumat veriləcək.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq