"Yeni futbolçular birbaşa müqaviləyə gələcəklər" - Ayxan Abbasov

"Yeni futbolçular birbaşa müqaviləyə gələcəklər" -  Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 19 Yanvar 2018 / 18:25 3128
-  A +

“Bu gün biz futbolçulardan nəticə tələb etmirdik. Çünki yükləmələr gedir. Toplanışın birinci mərhələsinin son günü idi. Əsas məqsədimiz futbolçuların meydandakı hərəkətini görmək idi”.

Bu sözləri “Keşlə” ilə yoxlama oyunundan sonra Qol.az-a açıqlamasında “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib. Gənc mütəxəssis komandasının 1:2 hesabı ilə məğlub olduğu görüş haqda fikirlərini açıqlayıb:

“Komandanın durumu məni qane etdi. Düzdür, uduzmaq istəməzdik. Hər oyuna məğlub olmamaq üçün çıxırıq. Əsas odur ki, çatışmazlıqlarımızı gördük”.

İkinci hissədə gənclərə şans verən Abbasov onların çıxışını da dəyərləndirib: “İkinci hissədə gənc futbolçulara şans vermişdik. Görürsünüz ki, hələ gəncdirlər, özlərini doğrulda bilmirlər. Adi standart vəziyyətlərdə necə oynamaq lazım olduğunu başa düşmürlər. İşləmək lazımdır. Premyer Liqada oynamaq istəyirlərsə, artırmalıdırlar”.

Baş məşqçi komandaya yeni futbolçular gələcəyini də istisna etməyib: “Axtarışlarımız davam edir. Çalışacağıq ki, yeni futbolçular olsun. Əsas məqsədimiz yarımmüdafiə xəttinə futbolçu almaqdır. Namizədlər var, danışıqlar gedir. Çalışacağıq ki, həll edək. Birbaşa müqaviləyə gələcəklər. Amma ad çəkə bilməyəcəm. Onların da öz klubları ilə müqavilələri var. Ola bilər ki, alınmaz, razılaşmarıq”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord