"Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı

"Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
GÜNDƏM 19 Yanvar 2018 / 17:17 2981
-  A +

"Qarabağ" Antalyadakı təlim-məşq toplanışında ikinci yoxlama oyununda sabah Polşanın "Lexiya" (Qdansk) klubu ilə qarşılaşacaq.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, matç Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, ilk sınaq matçında "Kuban"la 2:2 hesablı heç-heçə edən Ağdam təmsilçisi yanvarın 25-də "Şkupi" (Makedoniya) və "Mariopul" (Ukrayna), 29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost"la (Monteneqro) üz-üzə gələcək.

Daha çox


Son xəbərlər