İtaliya futbolunda rəhbər dəyişikliyi

İtaliya futbolunda rəhbər dəyişikliyi
XƏBƏR 20 Noyabr 2017 / 00:41 2922
-  A +

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio istefa verəcək.

Qol.az-ın “La Repubblica”ya istinadən yaydığı xəbərə görə, 74 yaşlı funksioner qərarını sabah rəsmi şəkildə açıqlayacaq.

Buna səbəb isə İtaliya millisinin DÇ-2018-dən kənarda qalmasıdır. Tavekkionun istefasına görə 2018-ci ildə İtaliya Futbol Federasiyasının prezidenti postuna erkən seçki olacaq.

İddiala inansaq, Tavekkionu keçmiş hakim Pyerluici Kollina əvəzləyəcək.

Xatırladaq ki, İtaliya millisi pley-offda İsveçə uduzmaqla (0:1) son 60 ildə ilk dəfə dünya çempionatından kənarda qalıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın