"Bizim üçün vacib qələbə idi. İki ardıcıl qələbədən sonra komandanı bu oyuna hazırlamaq asan deyildi. Amma futbolçular yaxşı köklənmişdilər. Rəqibin turnir cədvəlində vəziyyəti yaxşı olmasa da, onlarla oyun həmişə çətin olur. "Keşlə”ni yaxşı analiz etmişdik".
Qol.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 12-ci turunda "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
- 13 günlük fasilənin komandaya təsiri necə oldu?
- Fasilənin komandaya xeyri də oldu, ziyanı da. Məncə, bizim komandaya xeyri daha çox oldu. "Neftçi” və "Qəbələ” ilə oyunlardan sonra komandaya istirahət lazım idi.
- "Zirə” sanki mövsümün əvvəli ilə müqayisədə daha zəif təsir bağışlayır...
- Komandanın oyununda geriləmə yoxdur. Sadəcə, rəqiblər artıq bizi yaxşı analiz edir. Həm də mövsümün əvvəlində biz çempionata daha yaxşı hazırlaşmışdıq.
- Yayda fiziki yüklənməni avrokuboklara uyğun keçmişdiniz, yoxsa çempionat oyunlarını da düşünmüşdünüz?
- Həmin vaxt da demişdim ki, biz təkcə Avroliqanı yox, çempionata haızrlığı da düşünmüşdük. Bunun da nəticəsində hələ də yüksək pillələrdə qərarlaşmışıq.
- Qarşıda "Qarabağ”la oyun var...
- "Qarabağ” Azərbaycan futbolunun brendidir. İlk dövrənin oyununda futbolçularım sübut etdilər ki, bu komandaya qarşı oynamaq mümkündür. "Qarabağ”ın hətta ehtiyat oyunçuları da digər komandalarda lider ola bilərlər. Bizi çətin oyun gözləyir. "Qarabağ"la görüşə yaxşı hazırlaşmağa çalışacağıq. Öz meydanımızda oynayacağıq. Çalışacağıq ki, bu üstünlükdən yararlanaq.
- Təmkin Xəlilzadənin əvəzlənməsinə səbəb nə idi?
- O, bu gün verilən tapşırqları yerinə yetirdi. Ancaq ikinci hissədə rəqib uzun toplardan çox istifadə edirdi. Buna görə daha təcrübəli Aleksandr Şemonayevi meydana buraxdım. Həm də Təmkin bir qədər yorulmuşdu.
- Xəlilzadəyə daha çox yarımmüdafiə, yoxsa müdafiədə şans verməyə üstünlük verirsiniz?
- Bu, rəqibin kimliyindən asılı olaraq dəyişir. Özü daha çox yarımmüdafiədə oynamaq istəyir. Ancaq həm müdafiədə, həm də yarımmüdafiədə yaxşı təsir bağışlayır. Ümid edirəm ki, gələcəkdə yığmaya çox xeyri dəyəcək (Sportnet.az).
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək