“Bədavinin zədələnməsini arzulamazdım” – Elvin Yunuszadə

“Bədavinin zədələnməsini arzulamazdım” – Elvin Yunuszadə
XƏBƏR 22 Oktyabr 2017 / 21:34 3804
-  A +

"Bizə Qəbələdə hər zaman çətin olub. Bu gün də belə olacağını bilirdik. Əsasən ilk 15-20 dəqiqədə əziyyət çəkdik. Qol buraxdıqdan sonra isə daha çətin olur. Düzdür, oyunboyu üstünlük bizdə oldu. Amma əlimizə düşən imkanlardan yararlana bilmədik. Futbolda belə şeylər olur. Qarşıdakı oyunlara hazırlaşmaq lazımdır”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Yunuszadə Topaz Premyer Liqanın IX turunda “Qəbələ”yə 0:1 hesablı məğlubiyyətdən sonra deyib. Müdafiəçi bu nəticənin gələcək oyunlara təsir etməyəcəyini bildirib:

“Qurban müəllim heç vaxt qoymur ki, bu cür oyunlardan sonra komandada ruh düşkünlüyü yaransın. Bizə dəstək olur”.

E.Yunuszadənin fikrincə, bu gün ilk “onbirlik”də meydana çıxması hələ əsas heyətə qayıtması deyil: “Nə vaxt şans verərlər, çıxıb oynayaram. Bədavi zədəlidi. Amma həm dost, həm də komanda yoldaşı kimi ona bunu arzulamazdım. Şans versələr, əlimdən gələni edəcəm. “Atletiko” ilə oyuna qədər çatışmayan nə varsa, çalışacam, düzəldim”.

Sonda isə o, çempionatda intriqanın davam etdiyini söyləyib: “Fikrimcə, çempionatda maraq itməyib ki, qayıtsın. Heç bir komandaya rahat qalib gəlmək olmur. Əziyyət çəkməsən, xarakter göstərməsən, mümkün deyil. Güclü-zəif rəqib yoxdur. Çempionatda kifayət qədər intriqa var”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord