Asiya Çempionlar Liqasında qadın məşqçi!

Asiya Çempionlar Liqasında qadın məşqçi!
DÜNYA FUTBOLU 20 Fevral 2017 / 18:05 3650
-  A +

Honqonqun kişilərdən ibarət “İstern” klubunun baş məşqçisi Çan Yun Tin Asiya Çempionlar Liqasının tarixinə düşəcək.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, bu yarışa baş məşqçi kimi qatılan ilk qadın məşqçi olacaq. 28 yaşlı Çan Yun Tinin rəhbərliyi altında  “İstern” Honkonq çempionu adını qazanıb və Çempionlar Liqasında oynamaq hüququ əldə edib.

Qeyd edək ki, “İstern” ÇL-də ilk oyununu Luis Felipe Skolarinin rəhbərlik etdiyi “Quançjou Everqrand”la qarşılaşacaq.


Son xəbərlər