"Qəbələ" Makedoniya klubuna qalib gəldi

"Qəbələ" Makedoniya klubuna qalib gəldi
ÖLKƏ FUTBOLU 24 Yanvar 2017 / 19:55 5428
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb. Oyun "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qarşılaşma "Qəbələ"nin  Antalyada 4-cü - sonuncu sınağı olub.
 
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Albaniyanın “Partizani” (1:2), Rumıniyanın “Qaz Metan” (1:0) və Qazaxıstanın “Ordabası” (0:0) klubları ilə üz-üzə gəlib.




Yoxlama oyunu

18:00. “Qəbələ” – “Şkendiya” (Makedoniya) - 2:1 
Qollar:
Filip Ozobiç, 38, Araz Abdullayev, 77

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 15. Vitali Vernidub, 88. Tellur Mütəllimov, 34. Ürfan Abbasov, 7. Nika Kvekveskiri, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 10. Ruslan Qurbanov, 9. Sergey Zenyov

Ehtiyat oyunçular: 33. David Piterzkeviç, 21. Roman Hüseynov, 14. Cavid Hüseynov, 77. Araz Abdullayev, 27. Teo Uiks, 30. Ramazan İsayev, 13. Murad Musayev, 29. Hacıağa Hacıyev, 8. Qismət Alıyev, 18. Baqali Dabo, 3. Vojislav Stankoviç

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı