Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Qarabağ"dan biri də getdi

Yazarlar
 Günahkar tək AFFA-dı?
Aydın BAĞIROV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Bir az dərindən düşünsək...
Şakir YAQUBOV
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
"Qarabağ"a kubok və qızıl medallar təqdim olundu - Şəkillər
Top 5
"Neftçi" Avroliqada, "Zirə" 4-cü yeri tutdu
ÇL-in qrupunda birbaşa oynayacaq 26 komanda – “Qarabağ” nə vaxt başlayır?
Premyer Liqamızda 2017/2018 mövsümü başa çatdı
Qurban Qurbanov millinin yeni heyətini açıqladı
"Real" azarkeşləri final biletlərini geri qaytarır
Linklər
525ci Qəzet

“Qarabağ” və qorxaq futbol?
[28.07.2016]

Rövşən Binnətli

İndi aləm bir-birinə elə qarışıb ki, heç nəyə münasibət bildirmək istəmirsən, fikir deməyi də artıq sayırsan. Amma bəzən özünü saxlaya bilmirsən – məni bu qeydləri yazmağa məcbur edən məsələ kimi.

“Viktoriya Plzen”lə səfər görüşündən sonra “Qarabağ” qorxaq futbol oynadı” qənaəti ortaya çıxdı. Sosial şəbəkələrdə rastlaşdığım bu səpkili yazılara əhəmiyyət verməməyə çalışdım. Ancaq belə bəsit düşüncənin çox ciddi müstəvidən, TV-lərin idman xəbərlərindən ictimailəşdirilməsinə laqeyd qalmaq, sadəcə, mümkün olmadı. Doğurdanmı, “Qarabağ” qorxaq komandadır və qorxaq futbol oynayır?

Ona görə, gəlin, o suala cavab tapaq ki, ümumiyyətlə, qorxaq futbol nə deməkdir? Peşəkar terminalogiyada varmı belə deyim? İşin əsl xiridarları bu sualları daha dəqiq və dolğun cavablandırar. Müasir futbolda, getdikcə tam elmiləşən futbolda müdafiəyə daha çox diqqət yetirən komandaya bir vaxtlar “ehtiyatlı oyun”a üstünlük verir dedik. Sonra həmin ifadənin yerini “etibarlı oyun” deyimi tutdu və onu da zaman-zaman “komanda oyunu” ilə əvəzlədik. Sadalanan ifadələrlə bağlı təfərrüata varmadan yalnız onu vurğulamağı lazım bilirəm ki, bugünkü futbolun sadələşdirilmiş düsturu belədir – top səndədirsə, komanda olaraq hücumdasan, əgər topa rəqib nəzarət edirsə, komanda olaraq müdafiə olunmalısan. Bu fərqi anlayanlar söhbətin nədən getdiyini bilir, anlamayanlar üçün isə izah etmək yersizdir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bir addımlığında olan “Qarabağ” istəyini reallaşdırmaq və bununla Azərbaycan futbolunda yeni səhifə açmaq üçün Çexiya çempionunu – milli çempionatımızı səviyyəcə xeyli üstələyən bir ölkənin qalibini mübarizədən kənarlaşdırmalıdır. O ölkənin qalibini ki...

– klub reytinqində 12-cidir (Azərbaycan 24-cü mövqedədir);

– qitənin ən nüfuzlu klub turnirində iki komandası çıxış edir;

– UEFA-nın klub reytinqində 43-cü olan “Viktoriya Plzen” hazırda
“Qarabağ”ı (134) 91 pillə qabaqlayır;

– klub olaraq, şəxsi reytinq xalı təmsilçimizdən 3 dəfə çoxdur;

– rəqib ÇL-in qrup mərhələsində oynayıb (2013/14), iki dəfə Avropa Liqasının 1/8 finalınadək irəliləyib.

Xeyrimizə olmayan statistik paraleli davam etdirmək olar, amma elə bu faktlar da kiminlə üz-üzə dayandığımızın ümumi və xeyli dolğun mənzərəsini yaradır. Elə isə daha bir sualı cavablandırmaq lazım gəlir – biz həmin komandaya qarşı necə oynamalı idik?! Yəqin hər kəs mənimlə razılaşar ki, indiki halda sualın cavabını baş məşqçi Qurban Qurbanov qədər dəqiq bilən ikinci şəxs yoxdur. O Qurban Qurbanov ki, Azərbaycan futbol salnaməsinə çox töhfələr verib, özünütəsdiq mənasında, öyünüləsi bir sıra ilklərin ünvanıdır. Və onun sadalamağa lüzum görmədiyim uğurları gərgin zəhmətin, biliyin – futbol biliyinin (!) – sayəsində əldə olunub. Ən adi taktiki sxemləri bilməyən, yaxud yanlış bilən “bilicilərin” Qurban Qurbanovda səhv axtarması, sizcə, nəyin göstəricisidir?

Bunu bir neçə dəfə demişəm: “Qarabağ” uğurlar qazanmağa başlayanda Ermənistan KİV-lərində tənqidi yazılar yer alırdı. Amma bədxahlar bu iyrənc mərəzlərindən, antireklam da bir reklamdır, - deyə tez əl çəkdilər. Böyük və acı təəssüf ki, o yer boş qalmadı – Malta çempionu məğlub edildi, mediamızda “Kənd komandası üzərində qələbə” tezislərinə rast gəldik, “İnter”lə məşhur oyunda vurulan qolun ofsayd olmasında israr edənlər hələ də var, “Monako” və “Tottenhem”lə Bakıdakı görüşlərlə bağlı qeyri-obyektiv, qeyri-peşəkar, daha dəqiq desək, qərəzli yazılar, indi də “Qorxaq futbol oynayır” kimi Qarabağ” adına yaraşmayan yanaşma...

Təhlili qeydlərdə ən çox qabardılan faktlardan biri “Qarabağ”ın qapıya dəqiq zərbəsinin olmamasıdır. Bu, çatışmazlıq kimi vurğulanır, çox yaxşı, ancaq az qala bütün oyunu hücumda keçirən rəqibin cəmi 1 dəqiq zərbəsinin olmasına qətiyyən diqqət yönəldilmir. Təhlillərin faktlar deyil, ehtimallar əsasında aparılması da narahatlıq doğurur. Rəqib komanda azlıqda qalanda 75-ci dəqiqə idi. “Qarabağ”ın say üstünlüyündən faydalanıb qol vura bilməməsi də az qala faciə kimi qələmə verilir. Deyək ki, elə düşünənlər haqlıdır, amma cəmi bir neçə dəqiqə sonra Ansi Aqollinin zədələnərək əvəzlənməsi, başqa sözlə, məşqçi planlarının məcburi dəyişməsi, əslində isə pozulması yenə yaddan çıxır. Hər kəsə gün kimi aydındır ki, həmlələr zamanı albaniyalı futbolçunun kəskin cinah ötürmələri rəqib üçün nə qədər təhlükəli olur. Bəs, komandamızın ən güclü silahlarından birini itirməsini deməmək hansı məqsədə xidmət edir, görəsən?

“Viktoriya Plzen”lə görüşdə “Qarabağ”da hər şey qaydasında idi fikrini təlqin etməkdən uzağam. Buna ehtiyac da yoxdur. Ancaq söhbət doğma komandamıza doğma münasibətdən gedir. O doğma münasibətin mayasında isə, jurnalistlərə hər şeydən çox lazım olan obyektivlik dayanmalıdır. Əks təqdirdə, dividenti mənfi saldolu olacaq!

Sizinlə həmsöhbət mən idim...

Rövşən BİNNƏTLİ
CBC Sport20993 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
16.02.2015  14:38 Böyük İnsan, Şəxsiyyət, Futbolçu
12.12.2014  12:15 Haqqı oğurlanan “Qarabağ”!
11.09.2014  12:39 Fatih Terimin “küləkli” planı
29.08.2014  14:44 Dünyaya havalanır “Qarabağ”ın səsi...
15.08.2014  19:42 Tələsin, yoxsa bizim çempionata bilet tapmarsınız...
12.08.2014  13:04 Bu necə premyer liqadır?!
06.08.2014  13:24 Gözəl “Qarabağ”ın qalib siması
24.06.2014  15:53 Reytinq ipindən yapışıb haracan gedə bilərik?
11.06.2014  13:24 Yubiley mundialın qeyri-yubiley ab-havası
02.05.2014  12:31 İdman teleşərhçilərimizin problemi
27.03.2014  15:51 Oyuncaq çempionat kimə sərfəlidir?
21.02.2014  11:13 Söz “Neftçi”də idi və “Neftçi”dədir
29.01.2014  12:18 Futbol qoxumayan “Gənclik”, yaxud qlobal uzaqlaşma
16.01.2014  17:31 Futbolda oyun satanlar
10.01.2014  17:43 Ağsaqqal sözü, yaxud Elçin Cəlilova cavab
02.01.2014  09:25 Futbolumuz qurbanlar istəyir
25.12.2013  19:36 Foqts: qaldı nə olacaq, getsəydi nə olardı?
18.12.2013  18:01 Çempionlar Liqasında püşk manipulyasiyası
10.12.2013  18:40 Bizim “9” nömrə və ya Banişevskiyə soyuq münasibət
05.12.2013  13:25 Futbolun böyüklüyü – Rövşən Binnətlinin yazısı
 
 
  22.05.18
22:48
  La Liqa klubunda yeni baş məşqçi
22:10
  Nazarovun komandası 2-ci Bundesliqada qaldı
20:51
  "Barselona"dan gedir
20:02
  Superliqada növbəti istefa
19:28
  İbrahimoviç rəqibinə sillə vurub, meydandan qovuldu - Video
19:10
  "Liverpul", yoxsa "Atletiko"? - Dibala seçim qarşısında
18:50
  “Arsenal”ın yeni forması – Şəkil
18:34
  Ukrayna futbolunda qalmaqal – 50 nəfər saxlanıldı
18:06
  "Keşlə" Maksimovla müqaviləni uzadır
17:39
  "Ronaldonu Salaha dəyişmərəm" – Zidan
17:20
  Kapitanlar Gerrero üçün FİFA-ya müraciət etdi
17:01
  "Qəbələ"nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq
16:57
  Topaz Premyer Liqanın ən yaxşı oyunçusu bilindi – Azərbaycanda ilk dəfə
16:45
  "Qarabağ"dan biri də getdi
16:18
  Buffon PSJ-yə gedəcək?
16:00
  "Gedişimin "Neftçi" və Samir Abasovla əlaqəsi yoxdur" - Amil Yunanov
15:46
  Julyen Lopeteqi daha 2 il İspaniya millisində
15:23
  Həm evdə, həm səfərdə - "Qarabağ"
14:55
  Günahkar tək AFFA-dı?
14:32
  Harri Keyn millinin kapitanı olacaq - DÇ-2018-də
14:05
  Amil Yunanov "Sumqayıt"dan getdi
13:43
  "Borussiya"da yeni baş məşqçi
13:29
  Rəşad Sadıqov kuboku qaldırmaqdan niyə imtina edib?
13:15
  La Liqada yeni klub
12:59
  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı
12:55
  İlqar Qurbanov 9 il sonra milliyə qayıtmasından danışdı
12:32
  "Budəfəki çempionluq bir az asan oldu" - Qara Qarayev
12:13
  Pelleqrini yenidən Premyer Liqada - rəsmi
11:45
  Günün canlı oyunları - Etopaz-da
11:27
  U-11 liqasının qalibi "Vətən" oldu
11:15
  "Fikirləşdim ki, niyə bu səhvi etdim?" - Tərlan Əhmədov
10:58
  Rüfət Dadaşovun dublu komandasına kubok qazandırdı
10:30
  "Arsenal"da ayrılıq
10:11
  "Volfsburq" Bundesliqada qaldı
09:45
  "Qəbələ" - "Qarabağ" - Şəkillər
01:45
  "Çempionluğu seçərdim" - Baqali Dabo
01:15
  "Qarabağ"a kubok və qızıl medallar təqdim olundu - Şəkillər
00:40
  "Qarabağ"ın büdcəsi əvvəlki kimi olmayacaq" - Abdulbari Gözəl
00:15
  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - Şəkillər
00:01
  "Harada oynayacağımı hələ bilmirəm" - Ramil Şeydayev
  21.05.18
23:00
  "Qarabağ" mükafatlandırıldı - Video
22:34
  "Bu gediş vida deyil"- Riçard Almeyda
22:12
  Premyer Liqanın ən yaxşı bombardiri - Baqali Dabo
22:03
  "Kintana üzr istədi" - Cavid Hüseynov
21:46
  Mövsümün son oyunu - Video
20:56
  Premyer Liqamızda 2017/2018 mövsümü başa çatdı
20:35
  Qurban Qurbanov millinin yeni heyətini açıqladı
20:06
  Rəşadla Cavid kəllə-kəlləyə gəldi
19:39
  Əmrə Can finalda oynaya bilər
18:50
  "Sumqayıt"da yeni müqavilə
18:18
  "Qəbələ" - "Qarabağ": heyətlər
17:26
  Superliqada növbəti istefa
16:55
  La Liqanın ən yaxşı qapıçısı
16:25
  Nainqqolan millidən getdi
15:56
  İspaniyanın mundial üçün yekun heyəti
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore