Gözünə su ver, ərəb şeyxi!.. [03.05.2016] Aydın Bağırov ...Çünki “Lester” İngiltərə çempionu olub. Yox, bu, Ranyerinin komandasının uğurunu tam ifadə etmir. “Lester” təkcə çempion olmayıb, həm də möcüzə yaradıb. Hardadı, “Mançester Yunayted”? Hardadı, “Arsenal”? Hardadı, “Liverpul”? “Çelsi” hara yoxa çıxıb?
...Və bütün bu pul əjdahalarının yanında “Lester” builki büdcəsi ilə yetim uşağa bənzəyirdi. Cəmi 24 milyon funt sterlinq. Yəni hardasa, 30 milyon avrodan bir balaca çox. Amma... Pul futbol oynamır axı. Futbolu adamlar oynayır. Futbolu adamlar oynadır, beyin idarə edir. Və o beyin doğru, saat dəqiqliyi ilə işləyəndə, olursan Klauidio Ranyeri! ...Bye, bye, Venger, Pelleqrini, Klopp, Hiddink, van Qal... Əl-fatihə, “Mançester Siti”! Aydın BAĞIROV 13843 dəfə baxılıb |