Bizim Samir
[05.02.2015]

Anar ŞABANOĞLU

Samir Ələkbərov futbola yaraşırdı. “Qafqaz texnikası” deyilən bir şey varsa, onun ən parlaq nümayəndəsi idi. Samirin oyunu futbol estetleri üçün göydəndüşməydi. Ondan daha texnikalı və daha çox sevilən ikinci azərbaycanlı futbolçu görmədim. Samirin futbolunu izləmək sadə azarkeşlərə ləzzət verirdi. Azərbaycan futbolunun ən çətin günlərində Samirin oyunundan aldıgımız həzzlə yanaşı, ona baxıb “biz də futbol oynaya bilərik” deyirdik. Samir bütün tay-tuşlarımızın kumiri, görmək istədiyimiz gerçək texnikalı azərbaycanlı futbolçu obrazı idi.

Samirin futbolçuluğu qədər şəxsiyyəti də gözəldi. AFFA-nın əks fikir qəbul etməyən sabiq prezidenti məhz buna görə onun karyerasını məhv etmək istədi. Amma buna heç qismən də nail olmadı, tam əksinə, o xarakterinə görə daha çox sevildi. Samirin oyunu yaddaşlarda əbədi iz buraxıb. Xatirələr çoxdu, rəqiblərin sayına-hesabına baxmadan başına dolamaqlarından hər zaman danışılır. Heç vaxt unutmayacağım bir hadisə isə Sofiya “Lokomotiv”i ilə Bakıdakı oyunun son dəqiqələrində baş verdi.

Qurban Qurbanov Samirə ötürmə verməyib əlverişli imkandan yararlanmadı. Samir həmin an göz yaşlarına hakim ola bilmədi. Bu oyunun sonluğu bizim üçün yaxşı bitdi, növbəti epizodda Yaşar Vahabzadə qələbə qolumuzu vurdu. Həmin dövr üçün böyük uğur idi.

Bundan əvvəl və sonra bir qol anı boşa verildiyinə görə ağlayan futbolçu görmədim. Samirin futbolçuluğundan çox kişiliyinin göstəricisiydi bu epizod.

Azərbaycan futbolunda şəxsiyyət probleminin olduğu çeynənmiş mövzudu. Bir əlin barmaqlarıyla sayılacaq qədər istisnalar var ki, onlardan birincisi Samirdi. Bəlkə də buna görə şəxsiyyətsiz futbolumuzda Samir kimi əfsanə illərdir işsizdi…

Samir 100 dollardan ötrü oliqarxların yanında əyilən klassik azərbaycanlı futbol veteranı tipində biri deyil. O “torba tikməklə”, kiminsə ayağının altını qazmaqla, kiminsə çörəyinə bais olmaqla bu adı qazanmayıb. Samir azarkeşlərin ürəyində özünə əbədi taxt quran bir KİŞİ FUTBOLÇUdu. Belə birisinin azərbaycanlı olması ikiqat fərəhlidi.

Aydın Bağırovla Elçin Cəlilovun Samir haqda köşələrini oxuyandan sonra mövzunu davam etdirmək qərarına gəldim. İnanıram ki, başqa həmkarlarım da estafetə qoşulacaq. Çünki bu bizim Samirdi, qəlblərimizin əbədi fatihi, əbədi kumirimiz…

Samir Azərbaycan futbolunun dəyəridi. Jurnalistlər anlasa da, başı yeyintiyə və tullantı əcnəbiləri yallamağa qarışan futbol məmurlarımız bunu çətin anlaya…

Anar ŞABANOĞLU,
“Futbol+” qəzeti

9027 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
19.01.2024  13:44 "Neftçi" - "Pünik": həyatımın matçını yada salarkən...
03.09.2021  12:37 Əli Qurbani ilə Höccət Haqverdi millidə nə gəzir?
19.03.2020  11:08 “Neftçi” martda yox, yanvarda yaranıb!
13.12.2019  19:03 Sonun başlanğıcı – Üçüncü yazı
12.12.2019  15:56 Azərbaycan futbolu: Məmmədovdan Məmmədova
11.12.2019  14:43 Sonun başlanğıcı...
02.12.2019  15:59 Futbola niyə pul buraxılsın?
24.11.2019  16:12 "Bəlkə də xoşbəxtik, xəbərimiz yox..."
27.09.2019  14:22 Ponomaryovun təyinatını topa-tüfəngə tutanlar...
14.09.2019  12:07 İşlər fırıq olanda azarkeşlər yada düşür
07.09.2019  13:50 Milli komandalarımızda yalnız azərbaycanlılar oynamalıdı
02.09.2019  16:08 “Neftçi”dən göndərilməli olanlar...
20.08.2019  13:01 Belə klub prezidentilə “Neftçi” uzağa gedə bilməz!
30.04.2019  14:00 BalaKİŞİ, Səmədov və... Medvedev
19.09.2017  12:50 Futbolmuzun Nicatı naminə!
11.09.2017  14:15 Ronaldo və İbrahimoviçə qarşı oynayan “Qarabağ”lılıar
06.09.2017  17:28 Qurban Qurbanovun haqqı
03.09.2017  13:55 "Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?"
31.08.2017  16:11 "Neftçi"dəki böhranın əsas səbəbləri
29.08.2017  13:14 Bizə futbol lazımdı?
15.08.2017  13:19 Əfranlara dəstək verək!
12.07.2017  12:08 Tanımadığımız "Fola"nın tanış simaları
06.07.2017  16:46 Zəhra üçün...
27.04.2017  12:56 Rauf Əliyevin son şansı...
24.04.2017  12:13 Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..
18.03.2017  13:18 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
27.10.2016  17:17 Katalizator, tiran - Katalin Tira
07.07.2014  14:45 Futbol, sadəcə, futbol deyil
19.05.2014  14:05 Land of fire Azerbaijan!
08.05.2014  12:50 Qara çempionluq
28.01.2014  11:41 Movsisyanlar – yalançı bakılılar
02.08.2012  19:25 Eli nursuz qoyma, cır polis vəsiqəni!
06.09.2011  13:50 "Tofiq Bəhramov"un "Yadegar-e-Emam"a çevrildiyi gün