Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
[09.10.2014]

Aqil Abbas

«Futbol+» qəzetində maraqlı bir layihə ilə rastlaşdım: «Bura Vətəndir» . Yeri gəlmişkən, «Futbol+» çox maraqlı qəzetdi və yaxşı mənada mənə də Sovetlər dönəmində nəşr olunan məşhur «Futbol-xokkey» qəzetini xatırladır. Və imkan tapdıqca bu qəzeti oxumağa çalışıram.

«Bura Vətəndir» layihəsində Tahir Mirzənin qonağı «Qəbələ»nin futbolçusu Ruslan Əmircanovla maraqlı bir söhbətini oxudum. Deməli belə, qələm dostumuz futbolçuların ağıl və savadını yoxlamaq üçün onları testdən keçirir. Özü də çox sadə suallarla. Bu suallara cavab vermək üçün natamam orta təhsil kifayətdi. Təəssüf ki, yaxşı oyunçu kimi az-çox rəğbətimi qazanan Ruslan Əmircanov çox sadə suallara cavab verə bilməyib. Ruslanı buna görə qınamıram və tənqid etmək fikrim də yoxdur.

Başqa bir məsələyə toxunmaq istəyirəm.
Qələm dostumuz Tahir Mirzə yazır: «Futbolçunun, futbol adamının ağıllı və savadlı olması vacib olmasa da yaxşı əlamətdir. Axı, yalnız savadlı biri gələcək nəsilə nəsə ötürə bilər. Hər birimiz əcnəbi futbolçuların əksərinin davranışına və danışığına baxanda köks ötürürük. Deməli, o həm də az-çox savadlıdır ki, belə danışır. Savad həm də mədəniyyət deməkdir».

Əvvəla, mən əcnəbi futbolçuların (söhbət bizim legionerlərdən getmir, onlar futbolçu deyil, top-top oynayanlardı) çıxışlarına qulaq asmışam. Onların çıxışlarında da elə bir savadlı nəsə görməmişəm, heç gözləmirəm də. Mən başqa bir məsələyə münasibət bildirmək istəyirəm. Birincisi, onu qeyd edim ki, «futbolçunun, futbol adamının savadlı olması vacib olmasa da, yaxşı əlamətdir». Dostum Tahir Mirzə, bu cümləni başa düşmək mümkün deyil. Sözünüzdən belə çıxır ki, futbolçunun savadlı olmaması yaxşı əlamətdi. Təbii ki, mən başa düşdüm ki, siz belə demək istəməmisiniz. Yəni demək istəmisiniz ki, «olsa» yaxşı əlamətdi. Amma cümlə Azərbaycan dilində deyil, ona görə də oxucu elə biləcək ki, savadlı, ağıllı olmaması yaxşı əlamətdi.

Nə isə, bu ikinci dərəcəli məsələdi, bunu mexaniki səhv kimi qəbul edək. İndi gələk əsas məsələyə.

Savad məsələsi ilə o qədər də işim yoxdur. Gərək ki, Sokrat deyib: «Savad kasıbın sığınacağı, varlının bəzəyidi». Futbolçular kasıb olmadıqlarına görə (ən aşağısı bir müəllimdən və ya bir həkimdən 200-300, bəlkə də 500 dəfə artıq maaş alırlar) deməli, onlara sığınacaq üçün savad lazım deyil. Qaldı bəzəyə. Futbolçuların o qədər bəzəyi var ki, (bahalı maşın, şəhərin mərkəzində ev, yüksək maaş, şöhrət, az qala diplomatik pasport və sair və ilaxır) olmasın «savad» adlı bəzəklərdən biri.

Tahir Mirzə, çox maraqla izlədiyim o layihədə səninlə bu məsələdə razılaşmıram. Ağıl futbolçuya çox lazımdı, lap çox lazımdı. Hətta şahmatçıdan da çox. Bütün dünya belə qəbul edir ki, ən çox ağıl şahmatçıya lazımdır. Qətiyyən belə deyil. Mən yox ey, mütəxəssislər hesablayırlar ki, futbolçuya ağıl şahmatçıdan daha çox lazımdı. Bilmirəm, şahmatla maraqlanırsızsa yoxsa yox, bir şahmatçının bir oyunda vaxtı təxirə salınana qədər 5 saatdı: yəni hər birinə 2 saat yarım. Yəni bir şahmatçı bir gedişi etmək üçün iki saat yarım öz hesabına və eyni zamanda qarşıdakı oyunçunun fikirləşdiyi dövr qədər zamanı var. Amma bir futbolçunun hər hansı bir qərar qəbul etməsi üçün bəzən nəinki bir saniyə, hətta saniyənin onda biri qədər vaxt lazım olur. Yəni ona daha çox ağıl lazımdır ki, ən qısa müddətdə qərar qəbul eləsin. Mən bununla bağlı futbolu bildiyimə və sevdiyimə görə sizə yüzlərlə misal çəkə bilərəm.

Birini xatırladım. Dünya çempionatlarının birində İspaniyanın bir futbolçusu İtaliyanın qapıçısı ilə təkbətək qalmışdı. Şərhçi də Nikolay Ozerov idi. Futbolçu bir an dayandı və sonra topu boş qapıya vura bilmədi. Onda Ozerov dedi: «İspaniyalı hücumçu bir an fikirləşdi ki, bu dəqiqə atası, anası, sevdiyi qız, bütün İspaniya və bütün dünya ona baxır. O bunları fikirləşənəcən İtaliyanın müdafiəçisi topu onun ayağından götürdü».

Yəni bir daha qeyd edirəm ki, futbol az-çox savad tələb etməsə də, hətta şahmatçıdan daha çox ağıl tələb edir. Və çox təəssüf ki, bizim futbolçular məhz elə buna görə də nə Avropa, nə dünya çempionatlarında uğur qazana bilirlər.

Azərbaycanda futbolun futbol vaxtı bir məşhur futbolçu ilə bərk dost idim, indi də dostumdu. «Neftçi»nin bir nömrəli hücumçusu sayılırdı, adını çəkmirəm, özü qəbul eləsə də, başqaları ayrı cür fikirləşər. Ona həmişə dediyim bir söz vardı. Deyirdim ki, bir gün bu futbolu atacaqsan, televizorun qabağında oturub «Dinamo»nun (Kiyev) oyununa baxacaqsan və onda deyəcəksən: «Vay dədəm vay, futbol buymuş?!»

İndi mən bilmirəm bizim futbolçular hərdən oturub dünya futbolunu izləyirlər, yoxsa yox. İzləsələr, görərlər ki, dünya futbolunda ayaqlar yox, başlar işləyir. Yəni ağıl çox vacibdir, qardaşım.

Sonda. Alimlər belə bir eksperiment aparıblar. Xırda bir yanğın düzəldiblər. Sonra meymuna yanğını söndürmək üçün qabdan su götürüb gətirib ocağa tökməyi öyrədirlər. Və sonra həmin qabı hovuzun ortasına qoyublar və həmin yerə də bir taxta uzadıblar. Yanğını törədiblər və meymuna da dolçanı veriblər ki, bunu söndür. Meymun suyu hovuzdan götürməyib. O ensiz taxtanın üstüylə çətinliklə gedib hovuzun üstündəki qabdan su götürüb və gətirib odu söndürüb. Və ağlına gəlməyib ki, hovuzdakı da sudur.

İndi ağılsız futbolçu həmin meymun kimi bir şeydi.


Aqil ABBAS,
“Ədalət” qəzeti

9917 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
08.04.2024  18:00 Qəm eləmə, Azər Bağırov, bu da keçər! 
28.03.2024  11:52 Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
14.03.2024  11:39 "Qəbələ"nin birinci liqaya düşməsi futbolumuz üçün faciədir
12.03.2024  16:35 Azər Bağırov, ruhdan düşmə! 
04.03.2024  13:45 Tərlan Əhmədova it dəyib?! - Aqil Abbas yazır
21.02.2024  14:15 Köhlən atlar, yoxsa ayğır atlar?
21.11.2023  10:53 Bir qırmızı kart da De Byaziyə çıxarılmalıdır
17.11.2023  16:48 At kimi gözəl xanım - Aqil Abbasın yazısı
21.08.2023  16:00 Futbolçu alverçiləri
03.08.2023  17:10 Qurban Xoca, tənqidlər səni ruhdan salmasın
28.07.2023  12:37 Qaraçı Əlövsət və Şahruddin
28.03.2023  14:49 De Byazini təbrik edirəm, milli komandanın içinə oturduğuna görə 
27.02.2023  13:23 Futbolu olmayan ölkədə hamı futbol professoru olub 
30.01.2023  15:05 "Neftçi" və Qurban Pirimovun tarı
29.12.2022  14:59 "Qarabağ"ı bir futbolçunun ayağına bağlamayın - Aqil Abbas yazır
01.12.2022  19:37 Ə, bayıssı göyçək, qoy biz də oynayax dana
04.11.2022  17:01 Qurban Qurbanovun nə çox məsləhət verəni varmış?
03.11.2022  14:19 Bu dünyadan Maxaradze keçdi…
28.10.2022  12:10 Turaf əmi buna neynəsin?!
23.08.2022  10:00 “Qarabağ”, “Tofiq Bəhramov” stadionu və BOS
11.08.2022  18:02 Elmar Vəliyev o stadionu bir aya təmir etdirərdi
10.08.2022  16:55 Qurbanın atları Çingiz xanın atları kimi tapdalayıb keçir
21.04.2022  15:40 “Qəbələ” Qəbələdə yaşamalıdı
18.04.2022  16:05 Üzümü AFFA-ya tutmuram, Ramin Musayevə tuturam 
13.04.2022  17:18 Qurban, saa qurban
28.02.2022  17:01 Bəlkə Ayxan Abbasova yalvarıb qaytarasız “Sumqayıt”a? – Aqil Abbasın yazısı
12.11.2021  14:51 Bizdən öndə gedir lüksemburqlular, işi iş bilməyənə tapşırmır onlar!
18.10.2021  13:34 Prezident Qara Qarayevə nə dedi? – Aqil Abbasın yazısı
20.09.2021  15:44 Azərbaycanda məhlə çempionatı davam edir
04.12.2020  11:10 Gələn il sizi Ağdamdakı toyuma dəvət edirəm
02.10.2020  16:45 "Qarabağ"ın köhlən atları
04.08.2020  16:08 Arıq eşşəklərin yaylağı – Aqil Abbasın yazısı
01.09.2019  16:15 Məşqçilərimizin oxumaması qəti qadağandır!
27.08.2019  13:54 Allahverdi Bağırovun çayxanadan yığdığı uşaqlar
01.08.2019  15:40 Futbol bir bəladır ki, mübtəla olmayan bilməz
13.05.2019  22:33 50 manatlıq futbol "mədəniyyəti"
30.12.2018  12:26 "Qarabağ"ın İmarətsiz uşaqlarını ağlatmayın
13.09.2018  12:20 Azərbaycanda nə vaxt futbol olacaq?!
04.12.2017  16:28 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
01.11.2017  16:18 Madriddə aprel döyüşləri
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar