Land of fire Azerbaijan!
[19.05.2014]

Anar ŞABANOĞLU

"Barselona" - "Atletiko" oyununu bütün dünya səbrsizliklə gözləyirdi. "Futbol ədalətli davrandı" - bu sözləri "Atletiko"ya çempionluq qazandıran qolun müəllifi Dieqo Qodin Barselonadakı zəfərdən sonra söyləyib. Açıgını deyim ki, final fiti səslənən anda qeyri-ixtiyari gözlərim doldu. Ömürboyu "Barselona"ya azarkeşlik etsəm də, bu dəfə sevimli komandamın çempionlugu itiməsinə görə duygulanmamışdım. Tam əksinə, bu təkcə madridlilərin yox, qəlbində Azərbaycan sevgisi olan hər kəsin zəfəri idi. Köynəklərində AZƏRBAYCAN sözü yazılan klubun çempionluğu azərbaycanlılara bambaşqa hisslər bəxş etdi. Ən azı bu hisslərə görə Hafiz Məmmədova təşəkkür düşür! 

Amma yox! Azərbaycan insanını tarixən inkişafdan saxlayan genetik bir bəla var - paxıllıq. İspaniya çempionlarının formasındakı "Land of fire Azerbaijan" sözlərini həzm edə bilməyənlər "Bakı"nın prezidentinə və onun yaxın ətrafına qarşı çirkin kampaniyaya başlayıb. Hafiz Məmmədov və yaxın ətrafı haqda ağıllarına gələn hər cür şər-böhtan yazırlar. Hafiz Məmmədovu yalnız bir dəfə görmüşəm - "Bakı" çempion olanda. Həmin gün xaricdən yenicə Bakıya gəlmişdim və uzun fasilədən sonra jurnalist dostlarımdan bir-ikisiylə görüşməliydik. Görüşdük də. Həmin gün dostlar "Bakı"nın "Fidan" restoranında keçirilən tədbirində iştirak etməliydi. Vəziyyətdən çıxış yolu kimi məsləhət gördülər ki, "gedək yarım saat, bir saat oturaq çıxaq". Beləcə "çagırılmamış qonaq" qismində "Bakı"nın çempionluq təntənəsini canlı izləyə bildim. Hafiz Məmmədovun yaratdıgı isti mühit "1 saatı" məclisin sonuna qədər uzatdı.

"Bakı"nın prezidenti çox alicənab bir insan təsiri bagışlayırdı. Müxtəlif millətlərin nümayəndələrinin qatıldığı məclisdə Hafiz müəllim bir neçə dildə çıxış etdi. Jurnalistlərə münasibətdə çox mehriban idi. Demək olar ki, ayrı-ayrılıqda hər biri ilə hal-əhval tuturdu, şəkil çəkdirdi, 90-ların sonunda gördüyüm klub məmurlarından sonra belə səviyyəli prezidentə rast gəldiyimdən mədəni şok keçirirdim.. Bəlkə də bu, komandasının uğuru ilə bağlı idi. Daha sonra Hafiz müəllimi görməsəm də, onun haqda ara-sıra xəbər tuturdum. İctimaiyyətə bu adamı sevdirən özəlliklərdən biri də el diliylə desək,  "çörəkverən adam" olmasıdı. Sümsük futbol veteranlarından tutmuş "reket" idman jurnalistlərinəcən Hafiz müəllimin xeyirxah damarını tutub illərdi mədəni dilənçiliklə başlarını girələyirlər. Amma indi bu tendensiya daha geniş vüsət alıb. Artıq siyasi mətbuatın "reketləri" də acgözlüklə Hafiz Məmmədova tərəf dişlərini qıcayırlar.  Bu tendensiyanın  "Lans"ın erməni  Fransasında,  "Atletiko"nun dünyanın iki ən güclü futbol çempionatından birində zəfər qazanmasıyla eyni vaxtda gerçəkləşməsini isə yuxarıda qeyd etdiyim milli xəbisliyə bağlayaq.

Hafiz Məmmədov Azərbaycanın ən yaxşı futbol bazasını, ölkənin ən yaxşı uşaq futbol akademiyasını yaradıb. Onun sayəsində dünyada xeyli adam Azərbaycan adlı ölkənin varlığını bilib. Yadımdadı, madridlilər ilk dəfə  "Land of fire Azerbaijan" yazısıyla meydana çıxdıgı gün də vəlvələ vardı. "Hafiz Məmmədov cəmi bir oyunluq reklam üçün 20 milyon verdi" yazırdılar. Nəticədə bildiyiniz kimi, ilyarımdı bu reklam davam edir və bir oyun üçün söyləniləndən daha az məbləğə rəsmi müqavilə var. Bakı səfəri zamanı "Atletiko"nu tam heyətlə qəbul edən dövlət başçısı İlham Əliyev də Hafiz Məmmədovun bu təşəbbüsünü yüksək qiymətləndirib. 

"Hər şey qara rəngdədi" prinsipindən əl çəkməyənlər isə sakitləşmir. Gözünü saqqal örtənlər dünyanın gözəlliklərini görməzdən gələ bilər. Məsələn, paytaxtımızdakı yaxşı mənadakı dəyişiklikləri bütün neytral adamlar, bütün əcnəbi qonaqlar danışır. Çünki faktlardan qaçmaq mümkünsüzdü. Fakt isə 5-10 il əvvəl sovet qalığı kimi tanınan tör-töküntülü Bakının hazırda bolgənin, qitənin, dünyanın ən yaxşı, modern şəhərlərindən birinə çevrilməsidi. Fakt Azərbaycan adının dünyada tədricən tanınmağa başlamasıdı. Fakt mayın 24-də Lissabonda keçiriləcək finalda komandalardan birinin sinəsində "Azərbaycan" adını daşımasıdı.

"Atletiko" bu həftə Avropanın 1 nömrəli klubu adını da qazana bilər. Amma nəticədən asılı olmayaraq, qitənin ən mötəbər klub turnirinin finalında oynayan komandalardan birinin formaları üzərində AZƏRBAYCAN sözünün yazılması ölkəmiz adına böyük qələbədi. Bunu gözü götürməyənlər olsa da, özünə "azərbaycanlıyam" deyən qarnıqurdlu məxluqlar özünü göyə qaldırıb yerə çırpsa da, bəzi jurnalistlər Hafiz Məmmədov və ətrafı haqda nə yazsa da, bu belədi. Bunlar bəzilərinin  öyrəşdiyi mülahizələr, şərləmələr, böhtanlar, qarayaxmalar, ləkələmələr yox, FAKTLARDI.

Uğurlar, "Land of fire Azerbaijan"!

Anar ŞABANOĞLU
"Futbol +" qəzeti

9412 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
19.01.2024  13:44 "Neftçi" - "Pünik": həyatımın matçını yada salarkən...
03.09.2021  12:37 Əli Qurbani ilə Höccət Haqverdi millidə nə gəzir?
19.03.2020  11:08 “Neftçi” martda yox, yanvarda yaranıb!
13.12.2019  19:03 Sonun başlanğıcı – Üçüncü yazı
12.12.2019  15:56 Azərbaycan futbolu: Məmmədovdan Məmmədova
11.12.2019  14:43 Sonun başlanğıcı...
02.12.2019  15:59 Futbola niyə pul buraxılsın?
24.11.2019  16:12 "Bəlkə də xoşbəxtik, xəbərimiz yox..."
27.09.2019  14:22 Ponomaryovun təyinatını topa-tüfəngə tutanlar...
14.09.2019  12:07 İşlər fırıq olanda azarkeşlər yada düşür
07.09.2019  13:50 Milli komandalarımızda yalnız azərbaycanlılar oynamalıdı
02.09.2019  16:08 “Neftçi”dən göndərilməli olanlar...
20.08.2019  13:01 Belə klub prezidentilə “Neftçi” uzağa gedə bilməz!
30.04.2019  14:00 BalaKİŞİ, Səmədov və... Medvedev
19.09.2017  12:50 Futbolmuzun Nicatı naminə!
11.09.2017  14:15 Ronaldo və İbrahimoviçə qarşı oynayan “Qarabağ”lılıar
06.09.2017  17:28 Qurban Qurbanovun haqqı
03.09.2017  13:55 "Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?"
31.08.2017  16:11 "Neftçi"dəki böhranın əsas səbəbləri
29.08.2017  13:14 Bizə futbol lazımdı?
15.08.2017  13:19 Əfranlara dəstək verək!
12.07.2017  12:08 Tanımadığımız "Fola"nın tanış simaları
06.07.2017  16:46 Zəhra üçün...
27.04.2017  12:56 Rauf Əliyevin son şansı...
24.04.2017  12:13 Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..
18.03.2017  13:18 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
27.10.2016  17:17 Katalizator, tiran - Katalin Tira
05.02.2015  13:57 Bizim Samir
07.07.2014  14:45 Futbol, sadəcə, futbol deyil
08.05.2014  12:50 Qara çempionluq
28.01.2014  11:41 Movsisyanlar – yalançı bakılılar
02.08.2012  19:25 Eli nursuz qoyma, cır polis vəsiqəni!
06.09.2011  13:50 "Tofiq Bəhramov"un "Yadegar-e-Emam"a çevrildiyi gün