Emin Mahmudov millimizdən niyə üz döndərir?
[18.02.2014]

Aydın Bağırov

Rusiyada bir azərbaycanlı oyunçu var, Emin Mahmudov. Artıq üç ilə yaxındır, bizim ifrat vətənpərvərlər bu gənc istedad haqda o sözlər qalmayıb ki, söyləməsinlər. Biri ona xain damğası vurur, o biri satqın, digəri də nankor deyir. İşin ucunda da odur ki, Emin ən son hələ dünənə qədər də bilmir, doğulduğu ölkə Azərbaycanın milli komandasından aldığı real təklifi qəbul etsin, yoxsa Rusiya millisindən gələcək dəvəti. Sonuncudan dəvət olacaq, ya yox, bu hələ sonrakı məsələdir. Fakt budur ki, hazırkı durumunda Eminin Rusiyanın əsas milli komandasına cəlb edilməsi ehtimalı sıfıra bərabərdir. Səbəb də odur ki, o, nə Moskva “Spartak”ı, nə də sonradan icarə qaydasında oynadığı “Tom” və “Krılya Sovetov”da möhkəmlənə bilib.

Amma bu yerdə diqqəti Eminlə bağlı qısa bir statistikaya cəlb etmək istəyirəm ki, bunu bizim hay-küyə meylli, futboldan bixəbər patriotlarımızın bilməsi vacibdir. Deməli, Emin “Saturn”da çıxış edən vaxt (2007-2010) Rusiya Premyer Liqasında çox erkən, 18 yaşı tamam olmamış qol vuran az-az oyunçulardandır və hələlik yeganə azərbaycanlıdır. Məhz bu komandada 21 oyun və uğurlu bir dönəm keçirəndən sonra Emini Rusiya futbolunun nəhənglərindən olan “Spartak” heyətinə cəlb edib. Amma 19 yaşında orada rəqabətə tab gətirə bilməyib və icarəyə göndərilib. Bununla belə, Emin müxtəlif vaxtlarda Rusiyanın 18, 19, 20 və 21 yaşadək milli komandalarına cəlb edilib və üst-üstə doqquz qol vurub.

Təbii, statistika yorucudur, amma onun Rusiyanın müxtəlif yaş qruplarında oynamasını bilmək vacibdir ki, uzun müddətdir “millət, vətən” deyib Eminə mənəvi təzyiq edənlər AFFA-nın yaxasından yapışıb soruşşun: Rusiya yığmalarından əvvəl məhz vətəni Azərbaycanın U-17 komandasına gəlmiş Emini niyə qorumadınız, niyə onu saxlaya bilmədiniz və niyə onu incik saldınız? Emin yeni idi, tanınmırdı, Rusiyada hansısa bir klubun yeniyetmə komandasında oynayırdı, ümid vəd etsə də, ulduz deyildi. Və bizimkilər indiki kimi o zaman da düşünürdülər ki, uşaq komandalarında yaxşı futbolçular yox, yaxşı oğlanın və dostun xahişini etdiyi oyunçu oynamalıdır. Emin isə yada düşmürdü o vaxtlar. Xahiş-minnətlə milliyə götürülənlər bir futbolçu kimi yarasız çıxanda Emin Rusiyada Premyer Liqa komandasının əsas heyətinə düşdü. Rus mətbuatı onun istedadından, gələcəyin ulduzu ola biləcəyini yazanda isə AFFA-dakılar ayıldılar ki, bəs, demə, bizim belə bir həmyerlimiz də var imiş.

Hə, biz hazıra nazir çıxmağa öyrəşmiş millətik axı. O çürük düşüncədən isə hələ də əl çəkmirik, elə bilirik, hamının bizə borcu var. Yəni necə böyüməyi, hara getməyi, hara qədər yüksəlməyi canın çıxıb, sən özün yoluna qoymalısan, işimizə yarasan, bizimləsən, yaramasan, yox ol, məhv ol. Biz sənə əl uzatmamalıyıq, sənin istedadın da bizə vız gələr.

Emin azərbaycanlıdır başa düşdük, vətəni, milləti qarşısında mənəvi borcu var, onu da anladıq, amma gəlin, bir az vicdanla danışaq: biz zamanında ona sahib çıxdıqmı? Eminin məhz azərbaycanlı olduğunu bilməyimiz üçün onun hökmən Rusiyada tanınan bir oyunçuya çevrilməsi lazım idi? O ümid vəd edəndə biz hardaydıq? Emindəki istedadı ruslar görürdülər, bəs, AFFA-nın seleksionerləri, milli komandalara cavabdeh olanlar? Onlar bu dünyaya haraları ilə baxırdılar?

AFFA-nın baş katibi düz üç ildir Emini milliyə gətirmək istəyir, amma alınmır və bəlkə alınmayacaq da. Çünki federasiyanın keçmiş rəhbərliyinin ən azı Aleksandr Səmədova münasibətdə buraxdığı səhvləri hazırkı rəhbərlik də təkrarlayıb. 2004, ya 2005-ci ildə Səmədov da Azərbaycan millisinə gəlib, bir təlim-məşq toplanışında iştirak edib və pulsuz-parasız iştirak edib. Amma Səmədov da bizim millidə qalmayıb. Peşəkar və insani münasibət görməyib, sonra da birdəfəlik gedib.

Emin də məhz Səmədov kimi addım atır və bir gerçəkliyin fərqindədir: Azərbaycanda anadan olub, Rusiyada futbolçu kimi doğulub. Yenə də zamanında üzərinə düşən mənəvi məsuliyyəti hiss edərək Azərbaycan millisinə gəlib, amma burda diksinib, iyrənib və gedib. Birdəfəlikmi gedib, bunu əlbəttə, zaman göstərəcək.

AFFA rəhbərliyi vaxtında aşağı yaş qrupları üzrə milli komandalara normal qaydada nəzarət etsəydi, əmin olun ki, Emin Mahmudov bu gün əsas yığma komandada çıxış edəcəkdi. Üstündən bir neçə il keçəndən sonra qurumun rəhbərliyi Eminlə danışıqlar aparmaq üçün şəxsən Moskvaya gedir, ya da sonradan öz nümayəndələrini onunla danışıqlara yollayır. Hər dəfə də eyni cavabı alırlar: fikirləşirəm. Yəni mədəni şəkildə, “rədd olun”.

Ağır cavabdır. Dünənə kimi saymadığın insanın ayağına qədər getmək, ondan xahişdə bulunmaq, ən sonda da belə cavab almaq çox ağırdır.

Aydın BAĞIROV

9872 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
27.03.2024  13:28 Gürcüstan, vicdan və imtahan...
08.03.2024  11:01 “Qarabağ”ın parlaq heç-heçəsinə sözardı
27.02.2024  14:24 Barselona, bizim Vətən və yenə "Qarabağ"... - Reportaj
17.02.2024  15:18 Otel sahibi deyir ki, “Qarabağ” bütün Portuqaliyanı gic edib…
16.02.2024  14:41 Azərbaycanlı olmaq…
30.11.2023  11:31 Molde şəhərinin azərbaycanlı qonaqları… - Reportaj
19.11.2023  23:38 Şan-şöhrət, var-dövlət sahibi oldular, amma azərbaycanlı ola bilmədilər…
07.10.2023  12:14 “Qarabağ”ın əlini sıxıb, ehtiram göstərən şəhər… - Səfər qeydləri
28.09.2023  14:32 Gedin...
01.09.2023  12:52 "Qarabağ"ı "Qarabağ" edən səbr yiyəsi...
04.08.2023  10:17 “Neftçi” güclənəcək, əgər bu rəhbər o rəhbərdən olmasa…
26.07.2023  12:11 “Qarabağ”ı “soyuq” qarşılayan şəhər - Çenhstovadan qeydlər
11.07.2023  15:05 Mutlu, yoxsa mutsuz sonluq? - Bir təyinata sözardı
20.06.2023  12:23 Qazaxıstan "Avro-2024"ün qapısını döyür, "bizimki"  "Azərbaycan hara çıxmalıdır?" deyir
13.06.2023  12:30 Basketbol Federasiyası futbol idarəetməsindəki problemlərə şükür dedizdirməsə yaxşıdır  
04.06.2023  11:51 Farizin halal haqqı…
13.04.2023  14:26 Bizim olanlar və bizim olmayanlar...
28.03.2023  10:33 9 qol…
14.03.2023  13:21 "Qalatasaray" "Qarabağ"la oyuna necə razılıq verdi?
23.02.2023  13:15 Meydanda can qoyanların günü - Gentdən təəssürat
20.02.2023  13:24 Ayxan və "Turan"
12.02.2023  11:29 Legionerin Murad Musayev kimisi…
15.11.2022  13:31 Xan Çinarın Bəy oğlu - "İmarət"də təbiət möcüzəsi
04.11.2022  11:33 Mxitaryanın bacısı UEFA-da ölkəsi üçün hər şey edir, AFFA “Qarabağ” üçün heç nə etmir
26.09.2022  13:15 Millinin iki ikinciliyi: birində yas, o birində toy…
09.09.2022  20:58 Almanın futbol mədəniyyəti, “Qarabağ”ın ləyaqətli məğlubiyyəti və transferlər - Reportaj
07.09.2022  14:00 Velosipedi maşından çox olan şəhər - Frayburqdan fotoreportaj
26.08.2022  11:47 “Qarabağ” klubdur, “Neftçi”, “Zirə” və “Qəbələ” yox?
24.08.2022  10:56 “Qarabağ” yetim uşaq kimi qalıb təkcə…
24.08.2022  14:14 Bəhlulun dirçəlişi, Musanın yetişən anı...
10.08.2022  15:02 Avropanın dəliqanlı igidi - “Qarabağ” düşərgəsindən…
08.08.2022  15:00 “Qarabağ”la Budapeştə - Təyyarədən qeydlər
01.08.2022  18:21 “Qarabağ”ın yeri Bakı Olimpiya Stadionu deyil!
01.07.2022  15:11 Bura qayıtma, Mahir!
12.06.2022  11:16 AFFA-nın olmadığı yerdə uğur var...
08.06.2022  13:35 Eks futbolçuların “bizim vaxtımızda” nağılı
21.04.2022  12:04 Elxan Məmmədov futbolumuzdan getdimi? – FİFA təyinatına sözardı
05.04.2022  12:03 Əliyar Ağayevin yeyilən haqqı…
31.03.2022  14:18 129-cu yer...
25.03.2022  13:23 Bizdə Qurban Qurbanov yoxdur…
02.03.2022  13:48 Ukrayna...
11.02.2022  16:54 “Qarabağ” erməni komandası deyil...
07.01.2022  11:12 Şevçenkonu Şevçenko edən şəxsiyyət haqda...
19.11.2021  14:22 Ağdamın Ağ günü...
02.11.2021  16:23 Bir dəli quyuya daş atır, yüz ağıllı yığılıb çıxara bilmir...
01.11.2021  13:58 “Neftçi” rəhbərliyindəki “dil pəhləvanları”
27.10.2021  13:24 Bölgə futbolunun qəfil “yada düşməsi”...
29.09.2021  19:29 Qurban Qurbanovla bir söhbətimin tarixçəsi
17.09.2021  12:38 "Qarabağ"da yeni era...
08.09.2021  12:36 AFFA…
02.09.2021  12:57 Bizə belə milli komanda lazım deyil!
27.08.2021  12:32 Bizim Qurban
24.07.2021  18:01 Boksumuzun ləkəsi...
13.06.2021  09:50 Bakı stadionunda yaşananlar
11.06.2021  12:38 Başlanğıc
18.05.2021  21:40 Belə "Qızıl oyun" olmur, cənablar!
01.04.2021  12:25 Azərbaycan, Ermənistan və Gürcüstan....
28.03.2021  18:30 Nihat abi, vur bu qolu...
26.03.2021  21:30 Şahruddin...
09.03.2021  13:22 Milli üçün can qoymaq məsələsi
14.02.2021  19:15 Gündoğan, Mxitaryan və Qarabağ...
01.12.2020  13:35 27 il 4 ay sonra – Ağdamdan reportaj
09.09.2020  12:57 Bir məşqçi, bir qələbə, bir komediya
26.08.2020  14:52 Bir naxələfin millimizə gətirilməsi haqda
19.08.2020  14:20 O futbol bitdimi? – “Qarabağ”ın oyunundan
21.06.2020  11:17 Futbolumuzun kədər günü
11.06.2020  12:58 “Qarabağ”, London və Masazır - Transfer yalanları haqda
22.05.2020  11:39 Gözəl və bədbəxt şəhərim...
16.05.2020  19:57 "Siqnal İduna Park" elə bil "Tofiq Bəhramov" stadionu idi...
07.05.2020  13:55 İdman Nazirliyi nə işlə məşğuldur?
06.04.2020  12:26 Koronavirus dövrü: futbolumuza və mediamıza dəyən zərbə
03.04.2020  14:16 Patrisiya
06.03.2020  15:44 Van Persi getdi hücumçu yetişdirməyə, Vəli Qasımov isə...
01.03.2020  11:49 Gündüz Abbaszadənin tribunaya kimi gələn səsi
26.02.2020  15:52 Uşaqlara futbol yox, söyüş öyrədən məşqçilər
14.02.2020  15:01 “CBC Sport”un qadağası
02.02.2020  22:04 Qurbanovla Hacıyev futbola yox, sanki filmə baxırdılar
28.01.2020  13:57 Bizim problem...
25.01.2020  15:28 Musa...
23.01.2020  16:25 “Qarabağ” və “Neftçi”nin oyununda – Antalya təəssüratı
14.01.2020  14:07 “Qarabağ”, Lüksemburq və “Milan” – Asmir Beqoviç haqda
13.01.2020  13:31 Pulsuz top “Qarabağ”a yox, kasıb uşaqlara lazımdır
10.12.2019  12:58 Səni unuduruq, Banişevski!
03.12.2019  12:46 Britaniyalı jurnalistlə Ağdam söhbəti
20.11.2019  14:07 Niyə bu günə düşdük?
14.11.2019  14:06 "Ya yanımda ol, ya da qarşımda"
06.11.2019  13:07 Xarab saat
31.10.2019  13:38 AFFA, "Qarabağ" və "Neftçi"nin biganəliyi
14.10.2019  14:01 Fiasko...
03.10.2019  12:00 Lüksemburqdan...
16.09.2019  14:36 Yüksələn “Qarabağ”, enən “Neftçi”...
16.08.2019  13:22 “Neftçi”nin məğlubiyyəti və...
14.08.2019  14:16 “Qarabağ” on nəfərlə oynadı
02.08.2019  12:26 “Qarabağ” və “Neftçi” haqda
26.07.2019  13:59 “Neftçi”nin parlaq qələbəsi və biganəlik
12.06.2019  12:58 Hanı bizim futbol mütəxəssisləri?
10.06.2019  15:28 Azərbaycan Türkiyə millisinə necə kömək etdi? - sensasiyalı faktın izi ilə...
07.06.2019  12:51 Lixtenşteyn…
06.06.2019  12:23 Tofiq Bəhramovun “yoxa çıxan” heykəli
27.05.2019  14:00 Bizim “Çelsi”...
24.05.2019  08:00 Ağdamdan Ankaraya...
17.04.2019  15:03 “Ayaks” və biz
16.04.2019  15:12 Allah vergisi...
28.03.2019  14:27 Beş min manatlıq tamaşa
06.03.2019  15:11 Uşaq futbolundan xəbəri olmayanlar
22.02.2019  13:15 Dəliqanlı Simeone və Azərbaycan – Hafiz Məmmədovdan Qurban Qurbanovadək
20.02.2019  14:48 Biz geri, onlar irəli...
11.02.2019  14:04 Bizdə futbol oynamırlar, futbolla oynayırlar...
04.02.2019  13:28 “Qarabağ”ın problemi, “Neftçi”nin dirçəlişi və AFFA-nın biganəliyi
24.01.2019  13:06 Görmədiyimiz “Qarabağ” – Antalyadan reportaj
17.01.2019  12:50 “Qarabağ”ın düşərgəsində – Antalya gündəliyi – 1
04.01.2019  13:50 Qaranlıq milli komanda
10.12.2018  12:00 Böyük azərbaycanlıya yad münasibət haqda
30.11.2018  17:48 Qurban Qurbanov getməlidimi?
28.11.2018  14:32 4 il əvvəl...
21.11.2018  13:54 Biz və Kosovo...
06.11.2018  13:48 Qara Qarayevlə dayanan inkişaf
23.10.2018  14:01 AFFA “Qarabağ”ı necə boğur?
17.10.2018  14:38 Gürcüstanla fərqimiz
19.09.2018  11:28 “Qarabağ”la Lissabona – təyyarə qeydləri
11.09.2018  14:50 Maltadan Bakıya qayıdanda...
09.09.2018  09:48 Millinin təyyarəsindən reportaj
31.08.2018  13:32 Dani Kintananın əsaları
27.08.2018  13:52 Azarkeş və futbolçu problemi
24.08.2018  13:48 “Qarabağ”a nə olub?
16.08.2018  15:20 “Qarabağ” haqda...
09.08.2018  14:37 Rəşad haqda...
02.08.2018  13:55 Niyə ancaq “Qarabağ”?
20.07.2018  13:58 “Neftçi” haqda...
13.07.2018  13:52 Vicdan məsələsi
09.07.2018  13:39 Mundial, biz və Samir Abasov
30.06.2018  11:00 Kərim Ansarifardın bizə mesajı
16.06.2018  15:22 Moskva küçələrindən qeydlər
22.05.2018  14:55 Günahkar tək AFFA-dı?
14.05.2018  12:55 Altay Əliyevin 40 yaşına…
03.05.2018  14:40 Futbolu ləkələyən qumarbazlar haqda
26.04.2018  14:49 Ramin Musayevlə futbol mübahisələri...
18.04.2018  15:36 Qazaxıstanla Qazax futbolunun fərqi
11.04.2018  13:46 "Roma"nın oyununda: əvvəl və sonra
03.04.2018  15:42 “Atletiko”ya olar, “Qarabağ Vyana”ya yox?
02.04.2018  14:13 Futbolumuzun dörd tragikomik faktı
16.03.2018  13:29 Malenanın oynadığı Azərbaycan millisi
15.03.2018  14:56 Kamran Quliyevin Klublar Komitəsi haqda
23.02.2018  14:20 Futbol tariximiz tək Tofiq Bəhramovdan ibarət deyil…
14.02.2018  12:33 Pul hanı?
11.02.2018  12:44 Alman “Qarabağ”ın oyununa gəldi, AFFA rəhbərliyi gəlmədi...
06.02.2018  15:01 “Neftçi”ni bu günə jurnalistlər saldı...
31.01.2018  16:50 Böyükağa Hacıyevlə “Mardan”da söhbət...
22.01.2018  17:06 Fatih Terimlə qanqaraldıcı görüş
12.01.2018  13:00 Vaqif Cavadova bircə sual
08.01.2018  15:58 Belə etmə, Rəşad!
20.12.2017  16:03 Tahir Gözəllə Rövnəq Abdullayevin fərqi
19.12.2017  16:09 Ramilin yeri “Qarabağ” deyil...
14.12.2017  15:54 Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
12.12.2017  13:02 Bakıda Banişevskinin adına niyə stadion yoxdu?
11.12.2017  13:02 Banişevskiyə necə kələk gəldilər?
07.12.2017  16:54 Sağ ol, "Qarabağ"! Grazie, Roma!
04.12.2017  11:46 İstiqanlı və dəliqanlı Romaya xoş gəldin, “Qarabağ”!
30.11.2017  14:29 Hanı bizim Deda?
16.11.2017  13:46 İsgəndərin, İqorun və Samirin yolu...
10.11.2017  13:34 Futbolumuzu bu viruslardan təmizləyin, Qurban müəllim!
01.11.2017  13:34 Gracias, “Qarabağ”!
11.10.2017  12:37 Bizim Ansi
23.09.2017  15:52 Qınamayın azarkeşi, Qurban müəllim!
15.09.2017  13:51 Biz və gürcülər
13.09.2017  13:37 “Qarabağ” bizim çempionata görə belə uduzdu
11.09.2017  12:00 O kresloda rahat otura bilirsiz, Orxan müəllim?
02.09.2017  11:37 Barmağımız qapı arasında qalanda Rəşadı axtarırıq
29.08.2017  18:05 “Qarabağ” udanda və bölgələrdə futbol can verəndə…
16.08.2017  16:22 Əfran üçün…
02.08.2017  14:13 Qurban Qurbanov 80 minlik oyunçunu “300 minə aldıq” demir..
17.06.2017  11:12 Getdi...
12.05.2017  14:12 “Səbail” yaşasın, “Turan” dağılsın?
21.04.2017  13:11 Allahverdi Bağırovun iradı...
19.04.2017  13:12 Kaşşai kirli vəzifəni necə lazımdısa, icra etdi
13.04.2017  14:51 Tanımadığımız Qurban
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
03.03.2017  14:13 4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Lanzenkirçen kəndinin sakinləri
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
17.03.2014  13:54 Sadıqovun istefası, AZAL-ın absurd tələbi
14.03.2014  13:54 Xaqani Məmmədov, danışmaq olar?
12.03.2014  15:53 Sözün bitdiyi yer!
03.03.2014  13:35 “Neftçi” haqlıdırmı?
26.02.2014  15:09 Marata zaman verin!
24.02.2014  15:48 Pul və xal
21.02.2014  15:36 Lafet-lafet “idman jurnalisti”
19.02.2014  14:17 Xocalı kampaniyası, “Qalatasaray” və mümkün olmayan iş
12.02.2014  15:03 15 dəqiqənin ayıbı
10.02.2014  15:43 Azarkeşi söymək, yaxud Tahir Süleymanov təxribatçı axtarışında
06.02.2014  15:20 Bizim futbolda təlxəkləri kim yetişdirir?
29.01.2014  17:30 “Neftçi”yə çempionluq olar, “Qarabağ”a yox?
17.01.2014  13:02 Bu təkəbbürlə hara gedirsiniz?
15.01.2014  15:39 Adil Qaçayoğlunun arzusu
13.01.2014  15:53 “Atletiko”nun formasında Ermənistan yazılsaydı...
10.01.2014  16:23 Bizim futbolçuların zehniyyəti
08.01.2014  16:51 Çat verən futbolumuz və ya Nazim Süleymanov niyə getdi?
22.10.2013  11:13 Bizim “Lans” və bizim silahımız
05.09.2012  13:18 Azərbaycanın "yeni media"sı Ronaldinyonu niyə öldürdü?
20.08.2012  16:56 Ağdamdan uzaqlaşan "Qarabağ"
20.06.2012  15:55 Ümidlər qırılanda və ya dahi Lobanovskinin xatirəsinə
15.06.2012  16:16 «Avro-2012» və Azərbaycan jurnalistləri
08.02.2012  16:33 Ciminin həmyerliləri, Kipr və Dağlıq Qarabağ
06.10.2011  16:58 Allah şəfa versin!
29.09.2011  16:32 Butulka sayan komitə
27.09.2011  16:27 Aleksandr Səmədov güllələnməlidi?
20.09.2011  16:22 Qurban Qurbanov və artıq «avtoritetlər»
07.06.2011  13:19 Korifeylər və intelligentlər