Futbolun böyüklüyü – Rövşən Binnətlinin yazısı
[05.12.2013]

Rövşən Binnətli

Salam, hər vaxtınız xeyir.
Sizinlə həmsöhbət mənəm, Rövşən Binnətli.
İlk növbədə, bizə bu görüşmək imkanını yaradan insanlara təşəkkür edirəm. Qərara gəlmişik ki, həftədə bir dəfə Qol.Az saytında görüşək, həmsöhbət olaq. Görüşlərimizdə futboldan danışacağıq. Mövzu məhdudiyyəti yoxdur, özümüzdən də bəhs edəcəyik, dünya top aləmində baş verən diqqətçəkən hadisələrlə də bağlı fikirlərimizi bölüşəcəyik. Bəs, niyə məhz futboldan?

Kim nə deyir desin, futbol özü boyda möcüzədir. Məna və məntiqi, fəlsəfəsi bəlkə də sadə kimi görünür, anlaşılan, başa düşülən təsiri bağışlayır, amma ifadəyə çətin gəlməsi də faktdır. Çünki sirli bir mahiyyət daşıyır. Ona görə milyonları arxasınca aparır. Və ona görə milyonların sevimli oyunudur. Bu səciyyəvi cəhətləri barədə çox danışılıb, çox yazılıb. Ancaq məna çaları sonadək açılıbmı? Yox, açılmayıb. Elə bu yazı da əsl xarakterinin tərcümanı olmayacaq. Bəlkə bir az pafoslu səslənir, amma futbol o qədər cazibədar, füsnkar, o qədər məzmunlu və gərgin, gözlənilməzliklərlə dolu bənzərsiz oyundur ki, düşündüyünü qarşı tərəfə tam ötürmək, onu olduğu kimi vəsf etmək, sadəcə, mümkün deyil.


Yadıma yaxın dostum, söz sərrafı, böyük jurnalist, bizi çox erkən tərk etmiş rəhmətlik Adil Qaçayoğlunun mənə danışdığı hadisə düşür. Deməli, tələbə yoldaşlarından biri, hansı ki, futbolun dəlicəsinə azarkeşi imiş, sevdiyi qıza ürəyini açmaq üçün məktub yazır və düşüncələrini bu sözlərlə bitirir: “Əzizim, inan, səni futboldan da çox sevirəm”.

Bu da futbolun böyüklüyünə daha bir nümunə. Yəni, vaxt olub ki, insanlar hətta sevgi kimi mübhəm hisslərinin izharında da futbolu etalon götürüb. Lakin pul hərisi dəllalların futbola getdikcə dərindən nüfuz etməsi, ecazkar oyunu öz maraqları yolunda vasitəyə çevirmək üçün ən müxtəlif üsullara əl atması vəziyyəti xeyli dəyişib.

Elə başa düşülməsin ki, futbolun böyüklüyünün çat verməsi fikrindəyəm. Əsla, sözügedən böyüklük o dərəcədə möhtəşəmdir ki, hər xırda-para küləkdən, yeldən nə çat verəsi, nə də yıxılasıdır. Bununla belə, narahatlıq üçün kifayət qədər əsas var və bu narahatlığı yaradan da futbola yalnız və yalnız pul, mənsəb mənbəyi kimi baxan mənən cılız, şikəst məxluqların son zamanlar olduqca fəallaşması, necə deyərlər, təşəbbüsü ələ almasıdır.

Futbolun yad ünsürlərdən qorunmasına çox ciddi ehtiyac yaranıb. Bəs, onu yad ünsürlərdən kim qorumalıdır? Təbii ki, ilk növbədə, futbol ailəsinə daxil olanlar – futbolçular, məşqçilər, federasiya prezidentləri, klub rəhbərləri və ən nəhayət, azarkeşlər. Bu mənada, ən böyük məsuliyyət daşıyan bir zümrə də jurnalistlərdir. Gəlin, futbolun böyüklüyünə mənəvi böyüklüyümüzlə cavab verək, bizə sonsuz sevinc hissləri yaşatmış, yaşadan və yaşadacaq oyuna borclu qalmayaq.

Sizinlə mən idim, həmsöhbətiniz Rövşən Binnətli. Gələn həftə görüşmək ümidi ilə...

9519 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
28.07.2016  17:16 “Qarabağ” və qorxaq futbol?
16.02.2015  14:38 Böyük İnsan, Şəxsiyyət, Futbolçu
12.12.2014  12:15 Haqqı oğurlanan “Qarabağ”!
11.09.2014  12:39 Fatih Terimin “küləkli” planı
29.08.2014  14:44 Dünyaya havalanır “Qarabağ”ın səsi...
15.08.2014  19:42 Tələsin, yoxsa bizim çempionata bilet tapmarsınız...
12.08.2014  13:04 Bu necə premyer liqadır?!
06.08.2014  13:24 Gözəl “Qarabağ”ın qalib siması
24.06.2014  15:53 Reytinq ipindən yapışıb haracan gedə bilərik?
11.06.2014  13:24 Yubiley mundialın qeyri-yubiley ab-havası
02.05.2014  12:31 İdman teleşərhçilərimizin problemi
27.03.2014  15:51 Oyuncaq çempionat kimə sərfəlidir?
21.02.2014  11:13 Söz “Neftçi”də idi və “Neftçi”dədir
29.01.2014  12:18 Futbol qoxumayan “Gənclik”, yaxud qlobal uzaqlaşma
16.01.2014  17:31 Futbolda oyun satanlar
10.01.2014  17:43 Ağsaqqal sözü, yaxud Elçin Cəlilova cavab
02.01.2014  09:25 Futbolumuz qurbanlar istəyir
25.12.2013  19:36 Foqts: qaldı nə olacaq, getsəydi nə olardı?
18.12.2013  18:01 Çempionlar Liqasında püşk manipulyasiyası
10.12.2013  18:40 Bizim “9” nömrə və ya Banişevskiyə soyuq münasibət